Kraunlar - sadə tsiklik poliefirlər. Onlar hər halqada 9-dan 60-a qədər atom saxlayırlar ki, bunlardan da 3-dən 20-yə qədəri karbon atomlarıdır. Bəzi kraunlar metal kationları və ammonium kationu ilə stabil kompleks birləşmələr əmələ gətirə bilir.[1][2] Hansısa molekullar, bəzi bitsiklik aminlər və oksimetilen mostikləri birləşə bilir. Bu zaman kriptatlar əmələ gəlir.[3] Həmçinin sadə tsiklik poliefirlər, politioefirlər və poliaminlər də, metal kationları ilə birləşə bilir.[4][5]