Filmdə durğunluq dövrünün ab-havası ilə yaşayan SSRİ Ali Sovetinin deputatı, bir kənd Soveti sədrinin taleyi fonunda yenidənqurmanın, demokratiyanın mahiyyətini başa düşməyən, üzünü işıqlı sabah əvəzinə keçmişə tutan adamların mənəvi faciəsi əks olunmuşdur.
Kreslo | |
---|---|
Janr | sənədli film |
Rejissor | Xamiz Muradov |
Ssenari müəllifi | Aydın Dadaşov |
Operator | Kənan Məmmədov |
İstehsalçı | "Salnamə" Sənədli Filmlər Studiyası |
İlk baxış tarixi | 1988 |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkələr | SSRİ |
İl | 1988 |
Texniki məlumatlar |
1 hissə 282 metr 35 mm |
Rəng | rəngli |
Filmin əsas ideyası bundan ibarətdir ki, hər bir adam həyatda öz yerini tapmalıdır. Əks təqdirdə müasir dövrün tələbləri ilə ayaqlaşmaq mümkün deyildir.