Krindaç villası — Rostov vilayəti Novoçerkassk şəhəri ərazisində bir mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir.
Krindaç villası | |
---|---|
rus. Особняк Криндача | |
47°24′53″ şm. e. 40°06′09″ ş. u. | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Memarlıq quruluşu | Modern |
Vikianbarda əlaqəli mediafayllar |
Adres: Taqanroq ş, Atamanskaya küçəsi, 46.
Villa XX əsrin əvvəllərində inşa edilmişdir. Onun ilk sahibi Yeqor İvanoviç Krindaç olmuşdur. O, mülki şəxslər üzrə vəkil kimi çalışırdı. Üstəlik içtimai işlərdə çalışırdı. Tarixdən məlumdur ki, Yeqor İvanoviç Krindaç ictimai əhəmiyyət daşıya kitabların yayılması ilə məşğul olan kitabların yayılması sahəsində böyük işlər görmüş və cəmiyyət üzvü olmuşdur. Cəmiyyət öz işinə 1876-cı ildə başlamışdır. Üç ildən sonra cəmiyyət Don Qoşunu vilayətinin xalq təhsili cəmiyyəti adlandırılmağa başlanılmışdır. Yeqor İvanoviç Krindaç cəmiyyətiədə sədr müavini vəzifəsindən sədr vəzifəsinə qədər yüksələ bilmişdir. 1902-ci ildə sədr seçilmişdir. Cəmiyyət fəaliyyətinin ilk illərində kitab mağaza və anbarlarının açılışını təşkil edirdi. 1923-cü ildən on illiklər boyunca binada sətəlcəm əleyinə dispanser yerləşirdi. 1992-ci ildə bina Rostov vilayəti xalq deputatlar sovetinin qərarı ilə regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir. XXI əsrin əvvəllərində bina tədricən dağılmağa başlamışdır. 2015-ci ildə bunanın təmurinə başlanılmışdır. Hədəf binanın iki mərtəbəli etmək olmuşdur. Bu zaman burada 30 yerlik mehmanxana yerləşməlidir. Tikinti zamanı binanın birinci mərtəbəsinin fasadı olduğu kimi saxlanması düşünülür[1]. Yeni binanın adı "Platov" adlanır. Hotelin rəsmi açılışı 2015-ci ilin sonuna planlaşdırılırdı. Ancaq binada yanğın çıxır. Ancaq nəticələri aradan qaldırılmışdır[2].
Krindaç villası modern stilində inşa edilmişdir. Bina bir mərtəbədən ibarət idi. Çıxışı binanın mərkəzi hissəsində yerləşir.