Kristian Pulhak

Kristian Pulhak (d.17 avqust, 1984, Rumıniya) — Qəbələ FK oyunçusu

Kristian Pulhak
Ümumi məlumatlar
Doğum tarixi (39 yaş)
Doğum yeri Rumıniya
Vətəndaşlığı
Boyu 176 sm
Çəkisi 65 kq
Mövqeyi müdafiəçi

Həyatı[redaktə | mənbəni redaktə et]

Kristian Pulhak 17 avqust 1984-cü ildə Rumıniyada anadan olub. Kristian Pulhak peşəkar karyerasına 2001-ci ildə doğma vətənində - "Dinamo" Buxarest komandasında başlayıb. Keçidinə qədər komandasından ayrılmayan Pulhak sadəcə 2010-2011-ci futbol mövsümündə İspaniyanın "Herkules" klubunda icarə əsasında top qovub.

"Qəbələ" FK müdafiəçi ilə 2 illik müqavilə imzalanıb[1].

Sol cinah müdafiəçisi mövqeyində çıxış edib. 2002-2003 mövsümündə "Poyana Kampina", 2003-2004-cü il mövsümündə "Sportul Studentses"da oynayıb. O, 2006-cı ildən dəvət aldığı Rumıniya millisinin 3 dəfə formasını geyinib[2].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. ""Qəbələ" beş futbolçu ilə müqavilə bağladı". 2023-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-01.
  2. "Rumıniyalı futbolçu "Qəbələ"də". 2013-04-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-02.