İqor Lukanin - Kristin Freyzer - Azərbaycanın fiqurlu konkisürmə üzrə rəqs cütlüyü
Lukanin Rusiyadan, Freyzer isə ABŞ-dandır. 33 yaşlı İqor və 29 yaşlı Kristin təxminən 10 il Azərbaycan şərəfini qoruyublar. Onlar 2002-ci il Solt-Leyk-Siti və 2006-cı il Turin Qış Olimpiya Oyunlarında ölkəmizi təmsil ediblər və müvafiq olaraq, 17-ci və 19-cu yeri tutublar. Bu cütlüyün dünya çempionatlarında ən yaxşı nəticəsi 2008-ci ilə təsadüf edir - 11-ci pillə. Lukanin – Freyzer Avropa çempionatlarında bir neçə dəfə qüvvəsini sınayıb. Bunlardan birində 7-ci, üçündə isə 9-cu sırada qərarlaşıb.[mənbə göstərin]
Bu cütlük 2009-cu ildə karyerasını başa vurub.
İdmançı və ya məşqçi ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |