Kristina Eqerseqi (16 avqust 1974[1], Budapeşt) — Macarıstanın üzgüçülük üzrə sabiq dünya rekordçusu və müasir dövrün ən böyük macar Olimpiya çempionlarından biri. Üç dəfə Olimpiyaçı və beş dəfə isə Olimpiya çempionu olmuşdur və üç ardıcıl Yay Olimpiadasında eyni üzgüçülük yarışında qalib gəlmiş üç nəfərdən biridir (digər iki nəfər isə Don Freyzer və Maykl Felpsdir). Hal hazırda beş fərdi Olimpiya qızıl medalını qazanan yeganə qadın üzgüçüdür.[2][3][4]
Kristina Eqerseqi | |
---|---|
mac. Egerszegi Krisztina | |
Şəxsi məlumatlar | |
Ləqəbləri | Eqerke (balaca siçan), Eqer (siçan), Kraliça Kristina (1992) |
Vətəndaşlığı | Macarıstan |
Doğum tarixi | 16 avqust 1974[1] (50 yaş) |
Doğum yeri | |
Boyu | 174 sm |
Çəkisi | 57 kq |
İdman növü | Üzgüçülük |
Məşqçisi |
Mikloş Kişş (1981–1982) Dyörd Turi (1982–1986) Laslo Kişş (1986–1996) |
Komandası | Budapest Spartacus SC[2] |
Vikianbarda əlaqəli mediafayllar |
Eqerseqi 13 yaşı olarkən ilk beynəlxalq debütünü 1987-ci ildə keçirilən Avropa Su İdmanları Çempionatında 200 m arxa üstə üzmə üzrə dördüncü yerə, 100 m arxa üstə üzmə üzrə beşinci yerlə çıxaraq etdi. 1988-ci ilin Yay Olimpiya Oyunlarında 100 m məsadəfə arxası üstə üzmə üzrə gümüş medal qazandı və 200 m məsafədə Olimpiya çempionu oldu. 14 yaşında üzgüçülük üzrə ən gənc qadın Olimpiya çempionu oldu. Gənclər üzrə bu rekord 1992-ci ildə yapon üzgüçü Kyoko İvasaki tərəfindən yeniləndi. 1988-ci ilin sonunda 200 m məsafəyə arxası üstə üzgüçülük yarışlarında birinci olmuşdur.
Onun 1988-ci ildə Seulda keçirilən Olimpiya Oyunlarında qələbə qazanması Macarıstanın televiziya kanallarında ən önəmli məqamlardan birinə çevrildi. Eqerseqi hələ də Macarıstanda "çempion" rol modeli kimi qəbul edilir.
Gəncliyinə və bədən ölçülərinə görə onu “Eqerke” (balaca siçan) və ya “Eqer” (siçan) ləqəbləri ilə çağırırdılar. Üç fərdi qızıl medal ilə ən müvəffəqiyyətli üzgüçü olduğu 1992-ci ilin Yay Olimpiya Oyunlarından sonra həm macar, həm də beynəlxalq mediada “Kraliça Kristina” (Krisztina Királynő) ləbəqi ilə təqdim olundu.
Həyatı və idman fəaliyyəti 1993-cü ildə Laslo Ladonyi və Dyörd Vollun “Eqerseqi” adlı kitabında və 2000-ci ildə buraxılan eyni adlı sənədli filmdə təsvir edilmişdir.[5]
2001-ci ildə Beynəlxalq Üzgüçülük Şöhrət Zalına daxil edildi.[6] Yeddi müxtəlif idman yarılarında (1988, 1989, 1990, 1991, 1992, 1993 and 1996) rekord qıraraq Macarıstanda ilin idmançısı adına layiq görüldü və üç dəfə dünya üzrə ilin qadın üzgüçüsü oldu.
Beynəlxalq Üzgüçülük Federasiyanın ən görkəmli idmançılarından biri olan Eqerseqi 2001-ci ilin 23 iyununda Lozannada Beynəlxalq Olimpiya Komitəsinin təşkil etdiyi Olimpiya günü mərasimində Olimpiya ordeni ilə təltif edildi. 2013-cü ilin 20 avqustunda Prezident Yanoş Ader tərəfindən Macarıstanın ən ali dövlət mükafatı olan Müqəddəs I İştvan mükafatını aldı.[7]
1986 | 1987 | 1988 | 1989 | 1990 | 1991 | 1992 | 1993 | 1994 | 1995 | 1996 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|
100 m sərbəst | 1. | 1. | |||||||||
200 m sərbəst | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | |||
400 m sərbəst | 1. | 1. | |||||||||
800 m sərbəst | 1. | 1. | 1. | ||||||||
50 m arxa üstə | 3. | ||||||||||
100 m arxa üstə | 4. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | |
200 m arxa üstə | 3. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | |
200 m bras | 2. | 2. | 2. | 2. | |||||||
100 m kəpənək | 1. | 1. | 2. | 1. | |||||||
200 m kəpənək | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | ||||
200 m qarışıq | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | ||
400 m qarışıq | 5. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | |
4 × 100 m sərbəst | 1. | 1. | 1. | 1. | 2. | 1. | 2. | 1. | 1. | ||
4 × 200 m sərbəst | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | 1. | ||
4 × 100 m qarışıq | 3. | 4. | 1. | 1. | 1. | 1. | 2. | 1. | 1. | 1. | 1. |