Krosnovodsk qoruğu — 1932-ci ildə Xəzər dənizi sahəsində təşkil edilmiş qoruq.
Bu qoruğ 1932-ci ildə təşkil edilmişdir, lakin onu 1969-cu ilə kimi Həsənqulu qoruğu adlandırmışlar. Bura əsasən quşlar qışlamağa gəlirlər. 1968-ci ildə qoruğun sahəsi xeyli artırılmış və buraya Krosnovodsk və şimali Çəlikən körfəzləri də daxil edilmişdir. Qoruğun ümumi sahəsi 262 min hektardır. Qoruq şimal və cənub hissələrdən ibarətdir. Krosnovodsk qoruğunun iqlimi kontinental qurudur, qar örtüyünün müddəti 10-20 gündür, qoruğun duzluluğu 13,5 % dir.
Krosnovodsk qoruğunda 400 növ quru bitkisi müəyyənləşdirilmişdir onun əsas hissəsini səhra bitkiləri təşkil edir. Bunlar qaraşoran, saksaul, kəvən, şoraot və s. Krosnovodsk körfəzinin zooplanktonunda 18 növ heyvan qeyd edilmişdir. Qoruqda 35 növ balıq yaşayır. Bunlardan nərə, bölgə, kələmo, xullar, siyənəklər, çəki, külmə, kefal, aterina və s. aiddirlər. Qoruqda quşların 300 növü məlumdur, onların əksəriyyəti qışlamaga gələn quşlardır. Ekoloji biomüxtəlifliyin qorunmasında qoruq mühüm rol oynayır. [1]