Kross-listinq

Kross-listinq - Şirkətin qiymətli kağızlarının iki və ya daha çox birjada listinqdə olması. Bu kimi hal müvafiq qiymətli kağızların likvidliyini artırmaqla yanaşı, investorlara qiymətli kağızlarla ticarəti bir neçə məkanda, o cümlədən xarici ölkələrdə də həyata keçirmək üçün əlavə imkanlar yaradır. Nəzərə alınmalıdır ki, digər ölkələrin birjalarında listinqində olmaq üçün şirkət həmin ölkələrin qanunvericiliyində nəzərdə tutulmuş və müvafiq birjalar tərəfindən qoyulmuş tələblərə cavab verməlidir. [1]

Mənbə:[redaktə | mənbəni redaktə et]

  1. MALİYYƏ BAZARLARI TERMİNLƏRİNİN İZAHLI LÜĞƏTİ Bakı, «NURLAR» Nəşriyyat-Poliqrafiya Мərkəzi, 2010,s.134