Krossinqover

Krossinqoverin meyoz I və meyoz II-də təsviri

Krossinqover meyoz bölünmənin profaza I mərhələsində baş verən, cüt halda təsadüf edilən xromosomlar tərəfindən yerinə yetirilən hissə dəyişikliyidir. Bunun nəticəsində genetik rekombinasiya meydana gəlir, yəni fərqli xromosomlarda mövcud olan genlərin alellərinin yer dəyişməsidir.

Krossinqover adətən sinapsis adlanan müddət çərçivəsində baş verir. Sinapsis, xüsusilə pakiten müddətində sinaptonemal kompleksin yaranmasından öncə başlayır və profaza I'in sonuna qədər tamamlanmır. Krossinqover cütləşmiş xromosomların birləşdirmə bölgələrinin qırılıb sonradan təkrar digər xromosomla birləşməsi nəticəsində meydana gəlir. Bu dəyişmə nəticəsində genlər iki xromosom arasında yer dəyişdirir ki, buna genetik rekombinasiya deyilir. Bu müddət ərzində bir-birinə bənzər iki DNT parçası eyni nöqtədən qırılaraq, qarşı zəncirin digər parçasıyla birləşit və qırıqlarını bərpa edir.

Tomas Hant Morqanın krossinqover təsviri (1916)
Ailədən gələn allellərin rekombinasiyası nəticəsində genetik müxtəliflik meydana gəlir

[1]

  1. Creighton H, McClintock B (1931).