Ksantogenatlar

Tərkibində kükürd saxlayan üzvi birləşmələr yağların quruluşundan asılı olaraq yağların yağlayıcılıq xassələrini yaxşılaşdırır, belə birləşmələrdən daha geniş istifadə olunanlar – ksantogenatlar, sulfidlər, disulfidlər və tritiokarbonatlardır. Bunların içərisində ksantogenatlar geniş tətbiq sahəsi tapmışdır.

Ksantogenatlar sırasında ən birinci bis(amilksantogenat)polisulfiddir (Mezulfol-1). C5H11OC(S) – S – S – S – S – OC5H11

Lakin bu aşqar çox korroziya aqressisivliyinə görə mezulfol-2 ilə əvəz edilmişdir.

İstismar xassələri

[redaktə | mənbəni redaktə et]

Üzvi birləşmələrin halogenli törəmələrinin müxtəlif sinif ksantogenatlarla qarşılıqlı təsirindən çoxlu sayda birləşmələr alınmışdır ki, bunlar da siyrilməyə qarşı yüksək effekt verir.

Ksantogenatlar yağların termooksidləşdirici stabilliyini artırsa da, aqressiv korroziyaya malikdirlər.

Bu ksantogenatlara misal olaraq alkilksantogenat törəmələrinin efirlərini göstərmək olar.

ROC(S)SR'.

Müəyyən olunmuşdur ki, alkilksantogenatların siyrilməyə qarşı xassələri bu sinif birləşmələrin homoloji sırasında alkil radikalı artdıqca zəifləyir və müqayisədə müəyyən olunmuşdur ki, asetoksimetil efirlərinin effektliyi asiloksimetil efirlərinə nisbətən daha yüksəkdir. Eyni zamanda elə ksantogenat aşqarları var ki, onlar siyrilməyə qarşı mülayim xassələrə malik olmaqla yanaşı, oksidləşmə və vəkorroziyaya qarşı çox effektlidirlər. Karbonil tərkibli ksantogenatlar yağların həm siyrilməsini, həm də korroziyanı yaxşılaşdıran aşqarlar kimi təklif olunur. Belə maddələr monoxlorkarbon turşuları duzlarının və natrium ksantogenatların qarşılıqlı təsirindən alınır. Tərkibində fenil radikalı olan ksantogenatlar yaxşı inhibitor xassələrinə malikdirlər.

  • А. М. Кулиев . Химия и технология присадок к маслам и топливам.
  • А.с. СССР 1051073, 1074866

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]