Kserofit meşələrin torpaqları

Kserofit meşələrin torpaqları — Azərbaycan ərazisində yayılmış torpaq tipi. Bir çox iqlimşünaslar, fiziki coğrafiyaçılar, aqroekoloqlar Azərbaycanın yerləşdiyi enliklər və uzunluqlar arası ərazini bütövlüklə subtropik rayonlara aid etmişdir. Landşaft baxımından ölkə ərazisi quru subtropik çöllərə və yarımsəhralara düşür[1].

Ə. D. Əyyubova görə quru subtropik Azərbaycanda fəal temperaturun illik cəmi 3800–4600° arasında dəyişir. Qış mövsümündə orta aylıq temperatur 0,6°-dən aşağı enmir. Havanın orta illik temperaturu 12,0–14,5°-yə qədər dəyişir. Atmosfer yağıntılarının illik miqdarı 600–1100 mm təşkil edir. Nisbi rütubətlənmə 9%-dən 30%-ə qədər dəyişir.

Quru subtropiklərin çöl və yarımsəhralarında boz-qəhvəyi və boz torpaqlar geniş yayılmışdır. Bu qurşaq daxilində şabalıdı torpaqların formalaşması mübahisəli məsələlərdəndir. Bu zonada aşınma məhsulları yüksək gilliyə malik olması ilə seçılir. Burada torpaq və torpaqəmələgətirən süxurlarda dəmiralüminium oksidlərinin toplanması müşahidə olunur.

  1. Quliyev İ. Ə. Ümumi torpaqşünaslıq və torpaq coğrafiyası. Bakı: 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]