Kuçerov reaksiyası

Kuçerov reaksiyası — asetilen birləşmələrinin hidratlaşma reaksiyası ilə karbonil birləşmələrinin yaranmasıdır.

İlk dəfə bu reaksiya 1881-ci ildə Rusiya kimyaçısı Mixail Qriqoryeviç Kuçerov tərəfindən kəşf edilmişdir. Kuçerov reaksiyasında katalizatorun zərərli təsiri səbəbindən ötrü hal-hazırda bu reaksiyadan istifadə edilmir. Kuçerov reaksiyasının əsasında Asetilendən Asetildehid almaq dayanır. Reaksiyanın katalizator kimi Civə (Hg2+) ionunun duzlarından istifadə edilir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]