Kuş gölü[1] — iri şirinsulu göl Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Balıkəsir ilinin Bandırma ilçəsi ərazisində yerləşir. Kiçik Asiya yarımadasının şimal-qərbində qərarlaşır. Göllə Bandırma şəhəri arasında məsafə 18 km-dir.[2]
Kuş gölü | |
---|---|
türk. Kuş Gölü, Manyas Gölü, Manyas Kuş Gölü | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 18 m |
Eni | 14 km |
Uzunluğu | 20 km |
Sahəsi | 160—176 km² |
Dərin yeri | 4 m |
Orta dərinliyi | 1-2 m |
Yerləşməsi | |
40°11′ şm. e. 27°58′ ş. u.HGYO | |
Ölkə | Türkiyə |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün su səthinin sahəsi 160–176 km², orta dərinliyi 1–2 metr arasında dəyişir. Maksimal dərinliyi 4 metrdir. Gölün su səviyyəsi mövsümlərə görə dəyişir. Yazın əvvəllərində gölün səviyyəsi kifayət qədər qalxır və ətraf sahillərini basır. Yay ayları isə istilərlə əlaqədar səviyyəsi kifayət qədər azalır. Gölün nörmal səviyyəsi 16.800 hektardır. Göl dəniz səviyyəsində 18 metr yüksəklikdə yerləşir. Gölün uzunluğu 20 km, maksimal eni isə 16 km-dir. Gölün yay zamanı səviyyəsi enərkən sahillərində müxtəlif bitkilər əkilir. Göl cənubdan Kocaçay çayı töklür. Karadərə çayı isə göldən başlayır. Gölün səviyyəsinin enişi əsasən buxarlanma və suyun əkinə istifadəsi ilə əlaqədardır. Gölün ətrafı qamış və cayır bitkiləri ilə örtülü olur. Kocaçay ve Sığırcı Dərə çaylarının gölə töküldüyü yerdə gölün suyu bulanıqdır. 1938-ci ildə alman ornitoloq Kurt Krossviq gölün bataqlaqlıq şimal-şərq hissəsində Quş cənnəti' qoruğunu təşkil edir. Hazırda qoruğun sahəsi 64 ha-dır. Qoruq Xocaçay və Karadərə çaylarının hözəsinə yaxın yerləşir.[3] Gölün bitki örtüyü və heyvan varlığı yönündən ən zəngin ərazi Sığırcı Dərəsinin deltasıdır. Deltada quşların nəcisləri sayəsində topraqların gübrələnməsinə səbəb olur. Göldə çoxlu sayda balıq yaşayır.
Kuş gölü və Kuşgölü Milli Parkında ətraf mühitim təmizliyinə diqqəti cəlb etmək məqsədi hər il Beynəlxalq Bandırma Kuşcənnəti Mədəni və Turizm festivalı keçirilir.
Tarixi mənbələrdə gölün adı ХIII əsrdə çəkilir. Belə ki, burada 1204 və 1224 illərdə bizanslıların ordusu ilə latinyanlar arasında döyüşlər olmuşdur.