Kuşanşəhr

Kuşanşəhr vilayəti Sasani imperiyasının şərq hüdudlarında yerləşirdi.

KuşanşəhrSasani imperiyasının Kabil vadisi ilə Pişəvər vadisi arasındakı regiondan ibarət vilayəti. Kuşanşəhr ərazisi mərkəzi Toxarıstanda idi və Termezdən Pişəvərə qədər olan ərazini əhatə edirdi. Kuşanşəhrdə Sasani hakimiyyətinin qurulması Mərkəzi Asiya ticarət yollarına nəzarət etməyə imkan vermişdir. Əraziyə Kuşan-sasanilər rəhbərlik edirdi. Hindistanla ticarət əlaqələrinin ənənəvi əhəmiyyətinə görə Kuşan standartına uyğun sikkələr buraxmışdılar.[1]

Sasanilərin hökmranlığı Kuşanşəhrdə ərazinin kidarilər, sonra isə eftalitlər tərəfindən ələ keçirilməsi ilə sona çatmışdır.[1]

  1. 1 2 The Cambridge History of Iran: Seleucid Parthian, E. Yarshater, p.770 sq

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]
  • Brunner, Christopher. Geographical and Administrative divisions: Settlements and Economy // The Cambridge History of Iran: The Seleucid, Parthian, and Sasanian periods (2). Cambridge: Cambridge University Press. 1983. 747–778. ISBN 978-0-521-24693-4.