Ku Bon-Çan

Ku Bon-Çan (31 yanvar 1993, Köncu[d], Könsan-Pukto[d]) — Cənubi Koreyalı oxatan. Ku Bon-Çan iki dəfə Dünya Çempionatında qızıl medal qazanıb. Ku Bon-Çan həmçinin 2016-cı ildə Rio-de-Janeyro Olimpiadasında fərdi və komanda yarışlarında qızıl medal qazanıb.

Ku Bon-Çan
Şəxsi məlumatlar
Tam adı Ku Bon-Çan
Vətəndaşlığı Cənubi Koreya Cənubi Koreya
Doğum tarixi (31 yaş)
Doğum yeri
Boyu 181 sm.
Çəkisi 84 kq.
İdman növü Kamandan oxatma
Medallar
24 avqust 2016 tarixində yenilənib.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ku Bon-Çan birinci ciddi uğurunu 2015-ci ildə Danimarkanın paytaxtı Kopenhagen şəhərində qazandı. O, həm komanda, həm də qarışıq komanda yarışlarında birinci yeri tutaraq qızıl medal qazandı. 2016-cı il isə Ku Bon-Çan üçün daha uğurlu oldu. O, XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, finalda Fransa idmançısı üzərində qələbə qazanaraq qızıl medal qazandı. Ku Bon-Çan növbəti qızıl medalını isə komanda yarışlarında qazandı. Ku Bon-Çan komanda yoldaşları Li Sın YunKim Voo-Jin ilə birgə birinci yeri tutaraq Olimpiya çempionu oldu.