Kubasar (?-?)—Qıpçaq sərkərdəsi.
Çariça Tamaranın dayısı, gürcü ordusunun məşhur sərkərdəsi Kubasar da qıpçaq idi və çarlığın təhlükəsizliyinin təminatında önəmli rol oynamışdı. Məhz qıpçaqların köməyi ilə 1121-ci ildə gürcülər səlcuqlar üzərində Didqori (Böyük donuz) döyüşündə qələbə qazandı. Səlcuqlarla döyüşü udduqdan sonra IV David Xilafət işğalları nəticəsində yaradılmış Tiflis, Dmanisi və Ani əmirliklərini ləğv edərək onları öz çarlığına qatdı. Bununla yanaşı müsəlman dünyası ilə münasibətləri korlamamaq üçün gürcü çarları kəsdirdikləri sikkələrin üzərində Məhəmməd Peyğəmbərin adını zərb etdirir, Cümə namazlarına gələrək xütbələrə qulaq asırdılar. Tiflisdə isə donuz saxlamaq, ümumiyyətlə, qadağan olunmuşdu.
Çara hədsiz dərəcədə sadiq olan qıpçaqlardan fədakar, qoçaq və sədaqətli sərkərdə Kubasarı özünün ən etibarlı adamı saydı və onu dövlətin əmirsipəhsaları — birinci vəziri və çar ordusunun Ali baş komandanı təyin etmişdi. Loru mahalı birinci vəzir və sərkərdə Kubasara mülk olaraq verildi.