Kubra Cəfərova

Cəfərova Kubra Abbas qızı (25 mart 1946, Naxçıvan5 aprel 2020) — Azərbaycan Respublikasının "Əməkdar müəllimi",[1] Naxçıvan Muxtar Respublikasının "Əməkdar həkimi", Naxçıvan MSSR Ali Sovetinin deputat.[2]

Kubra Cəfərova
Cəfərova Kubra Abbas qızı
Kubra Cəfərova.jpg
Doğum tarixi 25 mart 1946(1946-03-25)
Doğum yeri Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi 5 aprel 2020(2020-04-05) (74 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi tibb
İş yeri Naxçıvan Dövlət Universiteti
Alma-mater Naxçıvan Tibb Məktəbi
Azərbaycan Tibb İnstitutu
Tanınır həkim, alim, pedaqoq
Mükafatları "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adı — 2006

Həyatı[redaktə | mənbəni redaktə et]

Kubra Cəfərova 1946-cı il mart ayının 25-də Naxçıvan şəhərində anadan olmuşdur. 1960-cı ildə Naxçıvan Tibb Məktəbinə daxil olmuş və 1964-cü ildə həmin məktəbi müvəffəqiyyətlə başa vurmuşdur.

Kubra Cəfərova 5 aprel 2020-ci ildə vəfat etmişdir.

Əmək fəaliyyəti[redaktə | mənbəni redaktə et]

1964-cü ildən Naxçıvan Muxtar Respublika Xəstəxanasında tibb bacısı vəzifəsində çalışmağa başlamışdır.

1965-1971-ci illərdə Azərbaycan Tibb İnstitutunda "Pediatr" ixtisası üzrə təhsil almışdır. 1978-1985-ci illərdə Naxçıvan Tibb Məktəbinin direktoru vəzifəsində çalışmış, muxtar respublikamızda peşəkar tibbi kadrların hazırlanmasında fəal rol oynamışdır.

1980-ci ildən Naxçıvan Şəhər Xalq Deputatları Sovetinin 2 dəfə deputatı seçilmişdir.

Azərbaycan SSRİ Qırmızı Aypara Cəmiyyətinin və Naxçıvan MSSR Səhiyyə Nazirliyinin Fəxri fərmanlarına layiq görülmüşdür. 2001-ci ildə Naxçıvan Muxtar Respublikasının "Əməkdar həkimi", 2006-cı ildə isə Azərbaycan Respublikasının "Əməkdar müəllimi" fəxri adını almışdır.[3]

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi yaranandan həyatının son gününə qədər - 21 il fakültədə "Təməl tibb fənləri" kafedrasının baş müəllimi kimi çalışmışdır.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]