Kuhistan (fars. قهستان, "dağlıq ölkə") — İranda təbii vilayət. Dəşti-Kəvir və Dəşt-i Lut səhraları arasında yerləşir. Səthi geniş çökəkliklərlə parçalanmış bir sıra meridional silsilələrdən ibarətdir. Silsilələrin hündürlüyü 1,500–2,000 metr, bəzi zirvələrin hündürlüyü 2,500 metrdən çoxdur. Buradakı Murkum dağı 2,839 metrdir. Kəskin kontinental səhra iqlimi var. Yayı isti, quru, qışı sərindir. İllik yağıntı 200 mm-dən azdır. Daşlı, qumlu və şoran səhra landşaftına malikdir. Otlaq heyvandarlığı inkişaf etmişdir. Dağətəyi hissədə kiçik vahələr var.[1]
Kuhistan | |
---|---|
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
İran haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |