Kuk adaları bayrağı — Kuk adalarının rəsmi dövlət bayrağı. Bayraq Sakit okeanda keçmiş Britaniya koloniyasının bayraqları əsasında hazırlanmışdır. Kuk adaları bayrağı yuxarı sol küncdə yer alan kiçik Böyük Britaniya bayrağından və 15 ədəd beşguşəli ulduzdan ibarətdir. Böyük Britaniya bayrağı Kuk adalarının bu ölkə ilə olan tarixi əlaqələrini, 15 ulduz isə ölkənin ibarət olduğu 15 adanı (Tonqareva, Rakahanqa, Manihiki, Pukapuka, Nassau, Suvarrou, Palmerston, Aitutaki, Manuae, Takutea, Aitu, Mitiaro, Mauke, Rarotonqa və Manqaia) təmsil edir. Göy rəng okeanı və sülhsevər Kuk adaları əhalisini simvolizə edir.
Kuk adaları bayrağı | |
---|---|
Təfərrüatlar | |
Proporsiya | 1:2 |
Vikianbarda əlaqəli mediafayllar |
1973-1979-cu illərdə Kuk adalarının bayrağı yaşıl fon üzərində 15 sarı ulduzdan ibarət idi. Yaşıl rəng adalardakı həyatı, sarı rəng ada sakinlərinin etiqad, sevgi, xoşbəxtlik və öhdəliklərini təcəssüm etdirir. Ulduzların dairəvi şəkildə yerləşməsi adaların və ada sakinlərinin birliyinin göstəricisidir.[1]
Rəng | HTML | Mənası |
---|---|---|
Göy | #00247D | Okean və sülhsevərlik |