Kulpinin binası — Rostov vilayəti Taqanroq şəhəri ərazisində iki mərtəbəli bina. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir. Bunun haqqında № 124 qərar 31 dekabr 2002-ci ildə qəbul olunmuşdur. Bina Dmitri Feodoroviç Kulpinə mənsub olmuşdur.
Kulpinin binası | |
---|---|
rus. Дом Кульпина | |
47°12′29″ şm. e. 38°56′28″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Taqanroq |
Adres: Taqanroq ş, Petrovskaya küçəsi, 30[1].
Bina 1870-ci ildə inşa edilmişdir. Taqanroq şəhəri Nekrasov xiyabanının kəsişməsində, Petrovskata küçəsi ev 30 ünvanında yerləşir. Ən əvvəllərdən binada zabit Pavl Buyanovskinin ailəsi yaşayırdı. ХIХ əsrin 80-ci illərindən 1918-ci ilə qədər binada onların yaxın qohumu olan Anton yaşayırdı.
Binanın ilk sahibi türk xidmətçisi olan İvan Kontemirov olmuşdur. O, binanı XIX əsrin 70-ci illərində tacir Dmitri Fediroviç Kulpinə satmişdir. Dmitri Fediroviç Kulpin inanclı birisi idi. O, Nikolayevsk uşaq sığınacağındakı kilsədə işləyirdi. Binanın alınmasın xərclənın pulu o xlrda ticarətlə məmğul olması sayəsində əldə etmişdi.
XX əsrin əvvəllərində binaya sahiblik Kulpinin varislərinə keçmişdir. 1925-ci ilə qədər binanın sahibi Boris Fedoroviç Kulpin olmuşdur. Bjndan sonra isə bina milliləşdirilmişdir.
1910-cu illərdə otaqların bir necəsində A. P. Semenyute yaşamışdır. Semenyute 1912-ci ilin sentyabrında vəfay etmişdir. Bir zamanlar bu binada madam N. Fivetin emalatxanası yerləşirdi. O, burada tikiş işləri ilə məşğul olurdu. Hətta istəyənlərə sənətin sirlərini öyrədirdi.
1928-ci ildə binada mebel emalatxanası işləyirdi. Sinradan burada sosial tərbiyə instutu yerləşmişdi.
Düzbucaqlı pəncərələrə malikdir. Kənarlarını qırmızı kərpicdən olan karnizlər bəzəyir. Birinci mərtəbənin pəncərə kənarları isə qəsr daşları ilə bəzədilmişdir. Binanın kəbarında qüllə vardır.
Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. Hazırda binadan yaşayış binası kimi istifadə edilir. Bina regional əhəmiyyətli mədəni irs obyekti siyahısına daxildir.
Гаврюшкин О. П. Вдоль по Питерской (хроника обывательской жизни). Таганрог, 2000.