Kunlun (çin. 崑崙站) — Çinin Antarktidada yerləşən dörd elmi-araşdırma stansiyasından biri. Stansiyanın sahəsi 236 m²-dir[1]. Kunlun stansiyası 27 yanvar 2009-ci ildə fəaliyyətə başlamışdır.
Stansiya Avstraliyanın Antarktika ərazisində 4087 metr yüksəklikdə yerləşir. Bu yer kürəsində ən soyuq yerlərdən biridir. İqlimi Antarktik kontinentaldır. Nadir hallarda temperatur -10 °C yuxarı qalxır. Qeydə alınan minimal temperatur −80 °C-dir[2]. Yağıntınln miqdarı olduqca azdır. İl ərzində cəmi 10–30 mm yağıntı düşür. Bəzi başdan-başa Antarktik səhralardır.