Kuremaa gölü (est. Kuremaa jär) — Estoniyanın şərqində yerləşən kiçik göl. Göl düzənlik ərazidə yerləşir. İnzibati baxımından Estoniyanın Yıgevamaa vilayətinə daxildir. Estoniyanın orta ölçülü göllərindəndir. Vilayətin mərkəzi olan Yıgevamaa şəhərindən şərqdədir. Tıstamaa volosu, Enkkyula kəndinin ərazisində daxildir. Gölün sahəsi 398,4 ha-dır[1]. Bu göstəriciyə görə Estoniyanın 10 ən iri göllərindən biridir. Yıgevamaa vilayətinə daxil olan Çud və Saadyarv göllərindən sonra sahəsinə görə 3-cü ən böyük göldür. Göl dəniz səviyyəsindən 83 metr yüksəklikdə yerləşir. Göldən Amme çayı başlayır. O isə öz növbəsində Emayıqi çayına tökülür. Amme çayı 59 km uzunluğa və 501 km² hövzəyə sahibdir. Göl axarlı olması səbəbindən şirinsuludur. Gölün sahil xəttinin uzunluğu 11.245 km-dir. Əsasən uzunsov formaya malikdir. Göl buzlağın ekzarasiya fəaliyyəti nəticəsində meydana gəlmişdir. Belə göllər çaylara bənzəyir. Əsasən uzunsov, dar və dərin olurlar. Onun maksimal dərinliyi 13,8 metr təşkil edir. Gölün orta dərinliyi isə 5,9 metrə bərabərdir. Göl daxilində ada yoxdur. Onun uzunluğu 4,3 km, eni isə 1,3 km-dir. Hövzəsinin sahəsi 25,4 km²-dir. Gölün şimal-qərb sahillərində eyni adlı yaşayış məntəqəsi vardır. 2 km cənubda isə Palamuse yaşayış məntəqəsi yerləşir. Sahillərinin böyük qismi sıx meşəliklərlə örtülüdür. Bəzi sahilə yaxın hissələrdə sıx bitən su bitkiləri, əsasən qamışlıqlar yayılmışdır. Göl ətrafı olduqca gözəl görünüşə malikdir. Gölün sularında adi durnabalığı, adi ilanbalığı, Alburnoides bipunctatus, Rutilus, Squalius cephalus, çay xanısı, Lota lota, Gymnocephalus cernuus kimi balıq növlərini müşahidə etmək olar.
Kuremaa gölü | |
---|---|
est. Kuremaa järv | |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 83 m |
Eni | 1,3 km |
Uzunluğu | 4,3 km |
Sahil uzunluğu | 11,245 km |
Sahəsi | 3,984 km² |
Həcmi | 0,023423 km³ |
Su tutumu | 25,4 km² |
Dərin yeri | 13,8 m |
Orta dərinliyi | 5,9 m |
Yerləşməsi | |
58°43′00″ şm. e. 26°33′00″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Gölün sahilində Oscar Luts şərəfinə xatirə abidəsi ucaldılmışdır.