Kussmaul tənəffüsü — dərin, tezləşmiş , küylü[1] patoloji tip tənəffüs növü. Adətən ağır metobolik asidozlarda xüsusilə ketoasidoz mənşəyli diabetik komada, asetonemik sindromda (qeyri diabetik ketoasidozlarda), qaraciyər çatmamazlığının terminal mərhələsində rast gəlinir.
Kussmaul tənəffüsü | |
---|---|
XBT-10 | R |
Vikianbarda əlaqəli mediafayllar |
Bu patoloji tənəffüs tipini ilk dəfə diabetik komalarda 1874-cü ildə alman həkimi Adolf Kussmaul müşahidə etdiyinə görə onun şərəfinə adlandırılmışdır.