Kuyaş

Kuyaş - türk mifologiyasında Günəş tanrısı. Digər adları Koyaş Ata, Gün (Kün) Ata, Günəş (Küneş) Ata, yaxud Yaşık Atadır. Monqollar Nar (Nara) Etzeg deyərlər. Gün Xan ilə qarışdırılmamalıdır. Göyün yeddinci qatında oturar. Türklərlə də əlaqəli bəzi ön Asiya mədəniyyətlərində qadın olaraq qəbul edilmişdir. İndiki vaxtda qızlara Günəş adının verilməsinin səbəblərindən biri də budur. Türklərdə günəş istinin, ay isə soyuğun simvoludur. Ural Batır (Ural Xan) əfsanəsində Göy Tanrısı Samravın iki arvadı vardır: birinin adı Kuyaş Ana, digəri də Ay Anadır.

Yer üzünə göndərdiyi həyat enerjisi səbəbiylə türk mədəniyyətində Günəşə hörmət edilir və həyatverici bir element kimi qəbul edilir. Avropa və Qərb mədəniyyətlərində lat. Ex Oriente Lux ("İşıq Şərqdən yüksəlir", yəni sivilizasiyanın mənşəyi şərqdə yerləşir), deyərək, eyni anlayışı fərqli bir şəkildə vurğulamışlar. Anadolu sözü yunan dilində Günəşin doğulduğu yer deməkdir. Türklər doğan Günəşi üç və ya doqquz dəfə salamlarlar. Xaqanın çadırın qapısı şərqə baxır. Evlərin qapıları həmişə şərqə açılır. Monqol variantın macarların Günəş tanrısı Napkiralyı xatırlatmaqdadır. Bütün mədəniyyətlərdə günəş dünyaya göndərdiyi işıqlar, yəni həyat enerjisi səbəbiylə hörmət qazanmışdır. Verdiyi istilik onun gücü olaraq görülmüşdür. Bu səbəblə də az qala bütün sivilizasiyalarda və bütün birliklərdə aşkar Baş Tanrı mövqeyinə gətirilmişdir.

Etimologiya[redaktə | mənbəni redaktə et]

(Gün/Kün/Küy) kökündən törəmişdir. Günəş və bundan başqa gündüz deməkdir.

Mənbə[redaktə | mənbəni redaktə et]

Xarici Keçidlər[redaktə | mənbəni redaktə et]