Kuzəliqır — qədim Xarəzm yaşayış yeri.
Yaşayış yeri indiki Türkmənistanın Daşoğuz vilayəti ərazisində 1939-cu ildə aşkar edilmişdir. E.ə. VI-V əsrlərə aid qala xarabalığı olan Kuzəliqır Xarəzmin erkən antik dövrə aid ən böyük abidəsidir. Çiy kərpicdən tikilmiş qala yarımdairə bürc və düz divarla əhatələnmişdir. Böyük memarlıq kompleksi tədqiq edilmişdir (1978). Əhalisi maldarlıq və suvarma əkinçiliyi ilə məşğul olmuşdur. Dulus çarxında hazırlanmış saxsı qab, tuncdan "skif" tipli ox ucluğu, əmək alətləri və bəzək əşyaları, kompozisiyalı dördkünc möhür əksi və s. tapılmışdır.