Kuzen nikahı (fr. cousin — əmioğlu, xalaoğlu, dayıoğlu, bibioğlu) — nikah formalarından biri. Qəbilə quruluşu dövründə dual təşkilatla əlaqədar idi. Kuzen nikahının iki əsas forması: əmioğlu ilə əmiqızı, xalaoğlu ilə xalaqızı arasındakı nikah ortakuzen, dayıoğlu ilə bibiqızı, bibioğlu ilə dayıqızı arasındakı nikah isə krosskuzen nikah adlanır. Kuzen nikahı irsiyyət və sağlamlıq üçün çox zərərlidir.[1]
Kroskuzen nikahı tayfa quruluşu ailələrinə xasdır. Çünki o, iki ekzoqam tayfanın qarşılıqlı nikahına şərait yaradır. Tayfa münasibətləri dağıldıqdan sonra bu qalıq adəti kimi bu gün də mövcuddur. Xalaqızına nisbətən (tuareqlər), əmiqızı ilə olan ortokuzen nikahlar da tez-tez yaranır (ərəblər, malaqasilər, bantular, Dağıstan və Orta Asiya xalqları). Çünki o, əmlakı böyük ailə və ya patronomiya daxilində saxlamağa imkan yaradır. Azərbaycanda da belə hallara rast gəlinir.