Kuznetsk

KuznetskRusiya Federasiyasında yerləşən şəhər Penza vilayətinə daxildir

Şəhər
Kuznetsk
Кузнецк
Bayraq[d] Gerb
Bayraq[d] Gerb
53°07′ şm. e. 46°36′ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 1699
İlk məlumat 1699
Sahəsi
  • 23 km²
Mərkəzin hündürlüyü 240 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 78.390 nəf. (2021)[1]
Rəqəmsal identifikatorlar
Telefon kodu +7 841-57
Poçt indeksi 442530
Digər
gorodkuzneck.ru
Xəritəni göstər/gizlə
Kuznetsk xəritədə
Kuznetsk
Kuznetsk
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixən Aba Tura yaşayış məntəqəsi Aba və Kondoma çaylarının Tom çayına töküldüyü yerdə salınmışdır. Aba Turadan vaxtı ilə Yurqa, Taştakol, Abakan şəhərlərinə yol gedirdi. İndi həmin qədim yolla dəmir yolu xətti çəkilmişdir. Rusların Altay ölkəsi ilə tanışlığı XVII əsrdə baş vermişdir. Belə ki, Tom sərkan (voyevoda) yerli xan Ağ Kalmıklarm sultanı Abakla münasibət qura bilmişdir. (Qeyd: ağ kalmıkların digər adı oyrotlardır). 1617-ci ildə kazaklar Aba Turanı tutub, onu hərb qalası kimi möhkəmləndirirlər. Şəhərin adı Aba tayfasının adı ilə bağlıdır. Buranın yerli əhalisi Abalılar sayılırdı. Prof. Abdulkadir Donuk türk dövlətlərində istifadə edilmiş qədim hərbi ünvan və rütbələr barəsindəki tədqiqlərində Aba ünvanının Orxon abidələrində "baş komandan" mənasında işləndiyini göstərərək Kuman-qıpçaqlarda və oğuzlarda yayqin bir ad kimi qullanıldığından, hətta ayrıca Çindəki türk (uyqur) elçisinin Kül Buyrukun "Apa" ünvanı daşıdığından bəhs etmişdir1. Aba Tura mənaca "Tura-dayanacaq, düşərgə, məskən; Aba Tura "abalıların şəhəri" deməkdir. Yağmaçı kazaklar şəhərin əsil adına etina etməyərək onu öz bildikləri şəkildə Kuznetsk adlandırırdılar. Çünki onlar buraya gələrkən Abalıları dəmirçi, mahir usta kimi tanımışdılar. Hərb qalası Aba Tura 1622-ci ildə şəhərə çevrilir. Belə ki, tezliklə bu ərazilərdə zəngin metal mədənləri olduğu məlum oldu. Bundan sonra şəhərin Aba Tura türk adı dəyişdirilərək Kuznetsk adı ilə ("dəmirçilər şəhəri" deməkdir) əvəz olundu2. Şəhər 1932-ci ildən 1961-ci ilədək Stalinsk adı ilə yaşamışdır. Nəhayət Stalinin xatirəsinə qoyulmuş adların ləğvi kompaniyası ilə əlaqədar olaraq 1961-ci ildən şəhər özünün yeni adı - Novokuznetsk adı ilə məlumdur. Şəhərdə kömür, kimya, maşınqayırma və ağac emalı sənayesi inkişaf etməkdədir. Hazırda Rusiyanın ən böyük metallurgiya mərkəzlərindən biridir.

Qardaş şəhərlər

[redaktə | mənbəni redaktə et]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]
  • Minaxanım Təkləli. Türk kitabı. Unudulan tarix. Dəyişdirilən adlar, Bakı, Nurlar, 2009, səh.10-11