Kuznetsk Alatausu — Rusiya Federasiyasının Kemerovo vilayətində və Krasnoyarsk diyarında dağ silsiləsi. Tom və Çulım çaylarının (Ob hövzəsi) suayırıcısıdır. Uzunluğu təqribən 300 km, eni 150 km, maksimal hündürlüğü 2178 m-dir (Verxni Zub dağı). Faydalı qazıntıları: dəmir və manqan filizləri, qızıl, xromit, boksit və s. Yamaclarında meşələr var.
Kuznetsk Alatausu | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 2.211 m |
Uzunluğu |
|
Eni | 150 km |
Yerləşməsi | |
54°08′ şm. e. 88°45′ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |