Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kvinaka (lat. Quinkana) — nümayəndələri Avstraliyada Neogen — Antropogendə dövrlərində yaşayan nəsli kəsilmiş quruda yaşayan timsah cinsi. Kvinaka təxminən 24 milyon il əvvəl meydana gəlmiş və təxminən 40.000 il əvvəl yox olmuşdiur. Varlıqları dövründə kvinakalar Avstraliyada əsas yırtıcılardan birinə çevrilmişdir. "Kvinaka" sözü Avstraliyanın yerli əhalisinin folklorundakı bu heyvanın adından — "kuinkans" – gəlir.
Kvinaka | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kvinaka |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Kvinakalar bütün quru timsahları kimi, əzalarını düz tutması ilə xarakterizə olunurdu ki, bu da sürətlə yırtıcılığı davam etdirməyə imkan verirdi. Əksər su timsahlarının nisbətən hamar dişlərindən fərqli olaraq iti dişləri var idi.
Cinsin bilinən ən qədim üzvləri Q. timara və Q. meboldi, təxminən 2 metr, Q. fortirostrum isə 3 metr uzunluğunda olmuşdur. Bununla birlikdə, erkən pliyosendən bilinməyən bir kvinaka növünün (ehtimal ki Q. barbarra) çənəsinin bir parçası onun 6–7 metrlik bir heyvan olmasını deməyə əsas verir.
Kvinaka cinsi Mekosuchinae yarımfəsiləsinə aid edilir. Bu yarımsinfə daxil olan digər cinslər: Australosuchus, Baru, Kambara, Mekosuchus, Pallimnarchus, Trilophosuchus, Volia[2].