Bu məqaləyə hansısa kateqoriya əlavə edilməmişdir. Məqaləyə kateqoriyalar əlavə edərək töhfə verə bilərsiz. |
Kvinslend vombatı (lat. Lasiorhinus krefftii) — dünyanın ən nadir məməlilərindən biridir.
Kvinslend vombatı | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Kvinslend vombatı |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Ən yaxın qohumları kimi Kvinslend vombatı da güclü pənçələrə, qısa quyruğu və güclü qısa ayaqlara sahibdir. Kifayət qədər böyük başı, sivri qulaqları, kiçik gözləri, uzun bir bığları vardır. Buna görə də bəzən bu canlını bığlı vombat adlandırırlar. Digər iki növə nisbətən daha uzun, daha sivri qulaqları və daha geniş ağızları var[3]. İpək kimi xəzi, gümüşü bozdan qəhvəyi rəngə qədər olan müxtəlif çalarlardadır. Göz ətrafı tünd rənglidir. Bədənin uzunluğu orta hesabla təxminən 1 metrdir, cinslər arasında ölçüdə heç bir fərq yoxdur.
Bu növ yarı quraq qumlu çəmənliklərdə və akasiya, evkalipt meşələrində yaşayır. Əsasən gecə həyat tərzi keçirir. Bəzən gün ərzində günəşin altına qızınırlar. Vombatlar özləri qazdıqları yuvalardan sığınacaq olaraq istifadə edərək təxminən 15 hektar ərazidə tək yaşayırlar. Qumlu torpaqda heyvanlar çoxsaylı girişi olan geniş və mürəkkəb tunel sistemləri qururlar. Heyvan yuvanın girişini nəcislə işarələyir, yeri gəlmişkən onlar kub şəklindədir. Yağışlı mövsümlərdə, populyasiyadakı dişilərin 50–80% -i nəsil verir. Yalnız bir bala dünyaya gətirirlər. Balalar 8 ilə 9 ay arasında analarının çantalarında qalır və 12 aylığında isə süddən kəsilirlər[4]. Bu növün yağ ehtiyatları və aşağı metabolik dərəcəsi yeməyin az olduğu günlərdə bir neçə gün qidasız qalmasına imkan verir. Kvinslend vombatı üçün cütləşmə mövsümü bahar və yaz aylarıdır. Hamiləlik yalnız 20 gün davam edir və sonra hələ tam inkişaf etməmiş bala təxminən ömrünün 6 ayını keçirdiyi bir kisədə yaşamalı olur. Ümumilikdə təxminən bir il yarım anası ilə keçirir.
Qəribə görünməsinə baxmayaraq, bir vombat üçün təhlükə olduğu təqdirdə 40 km/saata qədər sürətlənmək çətin deyil. Eyni zamanda, müstəmləkəçilər tərəfindən əraziyə gətirilmiş dinqo köpəyi xaricində təbii düşmənləri yoxdur.