Kvint Horatsi Flakk Roma ədəbiyyatının qızıl dövrü şairlərindən biridir. E.ə. 65–8-ci illərdə yaşamışdır. Avqust dövründə fəaliyyət göstərmiş şairlərdəndir.
Azad olunmuş qulun oğlu olan Horatsi kiçik bir kənddə anadan olmuşdur. Fəlsəfə ilə maraqlanmışdır. Brutun başçılığı altındakı orduda fəaliyyət göstərmişdir. Sonradan Oktavian Avqust tərəfindən əfv edilmiş və Vergili tərəfindən Messenata təqdim olunmuşdur.
Horatsini yaradıcılığına bunlar daxildir:
Horatsinin ən məşhur əsəri "Pizonlara məktub" da adlandırılan "Poeziya elimdir". bu əsər poetik üslubda yazılmış və burada müəllifin bədii yaradıcılıqla bağlı fikirləri və tövsiyələri doqquz hissədə verilmişdir. Müəllif sənətkardan sadəlik, məzmun və forma uyğunluğu və s. tələb edir.