Kvokka

Kvokka və ya Qısaquyruq kenquru (lat. Setonix brachyurus) — Kenqurular fəsiləsinə, Qısaquyruq kenqurular cinsinə aid olan yeganə növ.

Kvokka
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Kvokka
Beynəlxalq elmi adı

Ümumi xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Kvokkalar xarici görünüş baxımından kenqurularvallabilərə nisbətdə quyruqları daha kiçik olur və müdafiə xarekteri daşıya bilmir. Böyük ölçülü ev pişiyi və ya orta ölçülü köpək boyda olurlar. Bədənin uzunluğu yarım metr, quyruğu isə 30 sm-dir. Çəkiləri 2,5 - 5 kq arasınfda dəyişir. Gecə həyat tərzi keçirir.

Yırtıcılar qarşısında olduqca aciz olurlar. Bu səbəbdən Bold, Rottnest, Pinqvin adalarında və qitənin albani rayonu ərazisinə yayılmışlar. Bu ərazilərdə tülkü və pişiklərə rastlanmadığından bu canılar sərbəst şəkildə yayıla bilirlər. Əsasən quru otlaqlar və kolluqların bol olduğu əraziləri üstün bilsələrdə, quraqlıq dövründə bataqlıqlara üz tuturlar[3].

Çütləşdikdən sonra bir bala doğur. Ancaq bu balanı itirdikdə çütləşmədən digər embrion inkişaf edə bilir[4]. Ehtiyat embrion «dremlet» ananın daxilində inkişaf edir. Doğulmuş bala artıq böyüyüb kisəni tərk etdikdə ehtiyat embriyon doğulur. Təbiətdə orta ömür müddəti 10 ildir.

Qırmızı kitab

[redaktə | mənbəni redaktə et]

Həssas növlər siyahısına daxildir. Yayıldığı ərazilərin kənd tərərrüfatına cəlbi onların sayına təsir göstərir. Pişik və itlər tərəfindən gələn təhlükə isə bu problemi daha da dərinləşdirir.

  1. Integrated Taxonomic Information System (ing.). 1998.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. "Heyvanlar aləmi. Kvokka". 2008-12-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.
  4. "Bizim təbiət. Kvokka". 2014-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.