Lü Ven (model)

Lü Ven (çin. 刘雯; 27 yanvar 1988, Yunçjou[d], Xunan) – Çin modeli.[1] 2012-ci ildə "The New York Times" tərəfindən "Çinin ilk supermodeli" adlandırılmışdır.[2] Ven Victoria's Secret Dəb Şousunda podiuma çıxan ilk çinli modeldir.[3] O, Estée Lauder kosmetika brendinin mətbuat katibi olmuş ilk şərqi-asiyalı, "Forbes" jurnalının ən çox qazanan modellər siyahısına düşən ilk asiyalı qadındır.[4][5] 2017-ci ildə "American Vogue" jurnalının üzlüyündə görünən ikinci çinli model olmuşdur.[6] 2020-ci ilin aprelində ikinci dəfə bu jurnalın üzlüyündə yer alaraq bunu bacaran ilk çinli model olmuşdur.[7] Hazırda The Society Management ilə əməkdaşlıq edir[8]Nyu-York şəhərində aktiv fəaliyyət göstərir.[9]

Lü Ven
Doğum tarixi 27 yanvar 1988(1988-01-27) (36 yaş)
Doğum yeri
Fəaliyyəti fotomodel[d], model[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Lü Çinin Xunan əyalətinin Yunçjou şəhərində doğulmuşdur.[9] Sinif yoldaşları arasında ən hündürboy qız olduğu üçün onda əyilmə vərdişi yaranmış və qaməti əyriləşmişdi. Buna görə də anası onun model olmasını və qamətini düzəltməsini istəmişdi.

2005-ci ildə Xunan əyalətində keçirilən Yeni İpək Yolu Dünyası model müsabiqəsində yarım-final mərhələsinin qalibi olmuşdur. Müsabiqədə iştirak etmə motivasiyası mükafatın yeni notbuk olması idi.[10] Finalda ilk onluğa düşə bilməsə də, Pekində model olmaq təklifi almışdır.[11] Həmin dövrdə reklamlar üçün tələb olunan görünüş standartları onda olmadığı üçün iş tapmaqda əziyyət çəkirdi. Lakin 2007-ci ildə beynəlxalq model sənayesinə daxil olduqdan və "Chinese Cosmopolitan" jurnalında yer aldıqdan sonra diqqət çəkməyə başlamışdır.[12]

2008-ci ilin fevralında "Chinese Vogue" jurnalının 4 dəb məqaləsində yer almışdır.[13] Həmin ay beynəlxalq podiumlarda debüt etmiş, Burberry brendi üçün modellik etmiş və Milandakı Trussardi şousunda iştirak etmişdir. Bir həftə sonra Parisdə Chanel, Jean Paul GaultierHermès brendləri üçün podiuma çıxmışdır.[14] Növbəti ilin fevralında və martında payız mövsümü üçün Lü Nyu-York, London, MilanParis şəhərlərindəki 74 şouda modellik etmişdir. Bu, həmin mövsümün ən yüksək göstəricisi idi və Lü bir mövsümdə ən çox şouda iştirak etmiş asiyalı model rekorduna sahib olmuşdur. 2010-cu ilin yaz mövsümündə isə bu 4 şəhərdəki 70 şouda çıxış etmişdir. Həmin mövsüm Konstans Yablonskidən sonra ən çox sifariş edilən model olmuşdur.[15]

O, Calvin Klein, Dolce & Gabbana, Roberto Cavalli, Oscar de la Renta, Hugo Boss, Alexander Wang, Rag & Bone, H&M, Marni, Lane Crawford, Bergdorf Goodman, Diesel, GapVivienne Tam brendlərinin kampaniyalarında iştirak etmişdir. Bir mövsüm üçün şəxsi rekordu 7-dir: 2009-cu ilin yaz mövsümündə DKNY Jeans, The GAP, Barneys New York, Benetton, Alexander Wang, Converse və cKone brendlərinin kampaniyalarında görünmüşdür.[16] "Vogue Germany", "Vogue Espana", "Vogue China", "Vogue Italia", "British Vogue" və "American Vogue" jurnallarının baş məqalələrində yer almışdır. "Numero" (eləcə də, üzlükdə), "GQ", "V magazine", "Harper's Bazaar", "Pop Magazine", "Allure", "i-D" (eləcə də, üzlükdə), "Interview" və "W" jurnallarının da məqalələrində görünmüşdür.[16]

2009-cu ildə Victoria's Secret Dəb Şousu üçün podiuma çıxan ilk çinli olmuşdur.[3] Liu 2010-2012-ci illərdə də bu şouda iştirak etmişdir.[17][18] 2016, 2017 və 2018-ci illərdə şouya qayıdaraq podiuma çıxmışdır.[19]

2010-cu ilin aprelində Konstans Yablonski və Joan Smolls ilə birlikdə Estée Lauder kosmetika şirkətini təmsil edəcəyi açıqlanmışdır.[20] 2012-ci ilin martında "The New York Times" üzlüyündə yer almış və "Çinin ilk supermodeli" kimi təqdim olunmuşdur.[2] Həmin il ilk dəfə olaraq Kann kinofestivalında iştirak etmişdir. 2013-cü ilin yazında H&M brendi tərəfindən "Yeni ikonalar"dan biri kimi göstərilmişdir.[21]

2013-cü ildə "Forbes" jurnalının ən çox qazanan modellər siyahısında 5-ci yerdə göstərilmiş və ilk beşliyə daxil olan ilk asiyalı olmuşdur.[5][22] 2014-cü ildə bu göstəricini təkrarlamış, gəliri 4,3 milyon dollardan 7 milyon dollara qalxmışdır.[23] 2013-cü ildə Models.com saytının "Top 50 qadın modeli" siyahısında 3-cü yerdə qərarlaşmışdır. O, tarixdə ən yüksək reytinqli asiyalı modeldir.[24] 2014-cü ilin iyulunda Models.com saytı ona "Yeni supermodel" statusu vermiş və bu ada layiq görülən ilk asiyalı model olmuşdur.[25] O, 2015-ci ilin fevralından bu siyahıda qalmağa davam edir.

Lü Ven InstagramWeibo kimi sosial şəbəkələrdə böyük izləyici kütləsi toplamışdır. "American Vogue" jurnalı 2014-cü ilin aprelində onu "rəqəmsal hərəkat lideri" adlandırmışdır.[26]

2015-ci ilin aprelində Cənubi Koreya müğənnisi Çoi Sivon ilə birlikdə "Biz evlənmişik" verilişinin Çin spin-offunda iştirak etmişdir. 2017-ci ildə "American Vogue" jurnalının üzlüyündə görünən ikinci çinli olmuşdur.[6][27][28]

Model kimi bir çox brend üçün işləmişdir: Calvin Klein, Hugo Boss, Roberto Cavalli, Dolce & Gabbana. O, Gap, H&M, Prada və Bergdorf Goodman kimi brendlərin məhsullarının marketinqini aparmışdır.[29] Chanel Beauty onu brendin qlobal səfiri kimi seçmişdir.

Lü Ven hazırda Nyu-York şəhərində yaşayır və orda aktiv fəaliyyət göstərir.

  1. Mark Graham. "SAY WEN". Prestige Hong Kong. February 1, 2014. June 30, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 28, 2016.
  2. 1 2 "The Liu Wen Express", New York Times Style Magazine, March 15, 2012, November 5, 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 10, 2021
  3. 1 2 Mirbach, Iva. "The million-dollar babes". Fashion Model Directory News. 20 August 2013. 23 July 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 August 2013.
  4. "THE HIGHEST PAID MODELS: GISELE BÜNDCHEN, MIRANDA KERR, AND MORE (PHOTOS)". The Daily Beast. 2015-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-10.
  5. 1 2 "The World's Highest-Paid Models Of 2013", Forbes, August 19, 2013, November 16, 2017 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 10, 2021
  6. 1 2 "Vogue's 'diverse' March cover slammed as not so diverse". CNN. 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-09.
  7. "Models From Around the World Celebrate Today's Global Runway—in a Gorgeous Mosaic of Denim". Vogue. 2022-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-08.
  8. "The 10 best dressed". Matches Fashion. 2013-06-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-05-31.
  9. 1 2 Ma, Alexandra. "The incredible life of Liu Wen, China's highest-paid supermodel who went from being a 'hunched' teenager to walking on a Victoria's Secret runway". Businessinsider. March 13, 2018. October 19, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 7, 2021.
  10. Parker, Nick. "How a small-town girl became China's first supermodel". CNN (ingilis). 2019-05-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  11. Florsheim, Lane. "China's Biggest Supermodel on Traveling to the Arctic". Wall Street Journal (ingilis). 2019-08-09. ISSN 0099-9660. 2022-05-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.
  12. Akhtar, Amina; Odell, Amy. "The Girls Have It". nymag. 2021-03-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-04-07.
  13. "Liu Wen in NY Magazine's Model Manual". New York Magazine. 2010-12-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2009-06-30.
  14. "Liu Wen's entry in the FMD Database". Fashion Model Directory. 2015-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-30.
  15. The Fashion Spot Arxiv surəti 6 sentyabr 2013 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2013-09-06 at the Wayback Machine. Retrieved 2011-11-17.
  16. 1 2 "Liu Wen at 守戍十戈Models.com". models.com. 2009-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-06-30.
  17. "Liu Wen Is the First Asian Model Confirmed for the Victoria's Secret Fashion Show", New York Magazine, November 12, 2009, June 15, 2012 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 10, 2021
  18. "Victoria's Secret Fashion Show: Liu Wen's Tattoos Took Six Hours to Prep", InStyle, November 8, 2012, November 1, 2013 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 10, 2021
  19. Friedman, Kate, "A Record Number of Asian Models Are Walking in The 2016 Victoria's Secret Fashion Show", Glamour, December 16, 2016, September 21, 2021 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 10, 2021
  20. Liu Wen the First Asian Face of Estée Lauder Arxivləşdirilib 2012-06-15 at the Wayback Machine. Retrieved 2010-04-17.
  21. "H&M's New Model-Inspired Collection", Vogue.co.uk, March 22, 2013, September 28, 2013 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 10, 2021
  22. Le, Vanna. "The World's Highest-Paid Models, 2013: Gisele's Earnings Down, Kerr's Are Up". Forbes. 2013-04-19. 2013-11-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
  23. "The world's highest paid models of 2015". Forbes. 2015. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
  24. "Top 50 Models". Models.com. 2012-08-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-29.
  25. "New Supers", Models.com, August 18, 2014, July 27, 2018 tarixində arxivləşdirilib, İstifadə tarixi: October 10, 2021
  26. "Follow Me: Kate Upton Leads the Charge of Models Who've Gone Crazy for Social Media", Vogue, March 25, 2014, July 26, 2014 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: October 10, 2021
  27. "Choi Siwon to Appear on Chinese "We Got Married" with Top Model Liu Wen". Soompi. 2016-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  28. "Siwon and model Liu Wen are 'in love' for Chinese version of 'We are in love' | allkpop.com". 2015-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-05-20.
  29. "Liu Wen - Model". MODELS.com. 2022-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]