Lü Yuanyanq (22 iyun 1983, Çuntsin, Sıçuan) — Çini təmsil edən bədii gimnast. Lü Yuanyanq, 2004 və 2008-ci ildə Çini Olimpiya Oyunlarında təmsil edib və 2008-ci ildə gümüş medal qazanıb.
Lü Yuanyanq | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Şəxsi məlumatlar | ||||||||
Tam adı | Lü Yuanyanq | |||||||
Vətəndaşlığı | Çin | |||||||
Doğum tarixi | ||||||||
Doğum yeri | ||||||||
Boyu | 174 sm | |||||||
Çəkisi | 54 kq | |||||||
İdman növü | Bədii gimnastiкa | |||||||
Medallar
|
Lü Yuanyanq, 2004-cü ildə Çin bayrağı altında Yunanıstannın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Dai Yonqjun, Hu Mei, Li Jia, Lu Yinqna və Janq Şuo ilə birgə finalda 46.500 xal toplayaq 6-cı yeri tutdu.
Lü Yuanyanq, növbəti dəfə Olimpiya Oyunlarına 2008-ci ildə elə Çinin paytaxtı Peкin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Çai Tonqtonq, Çou Tao, Sui Jianşuanq, Sun Dan və Janq Şuo ilə birgə finalda 35.225 xal toplayaq 2-ci yeri tutdu və Olimpiya Oyunlarının gümüş medalını qazandı.