Lübeç qurultayı

Lübeç qurultayıDnepr çayı sahilində yerləşən Lübeç şəhərində 1097-ci ildə knyazlıqlar arasında udellər uğrunda baş verən feodal çəkişmələrinin aradan qaldırılması və Rus torpaqlarına dağıdıcı yürüşlər edən kumanlara qarşı mübarizədə daha sıx birləşmək məqsədilə çağrılmış rus knyazlarının qurultayı.

Qurultayın çağrılmasının əsas səbəbi 1094-cü ildən Svyatopolk İzyaslaviçin və Vladimir Monomaxın əleyhinə çıxış edən Oleq Svyatoslav ilə sülh bağlamaq idi.

Qurultay ərəfəsində

[redaktə | mənbəni redaktə et]

XI əsrin axırları və XII əsrin əvvəllərində Kiyev dövləti geniş əraziyə malik olsa da, möhkəm əsaslı deyildi. Hələ atasının sağlığında Çerniqovda onun sağ əli hesab olunan Vladimir Monomax 1093-cü ildə ruslar üçün məğlubiyyətlə nəticələnmiş Stuqne döyüşündə iştirak etmiş, 1094-cü ildə isə Oleq Svyatoslaviç kumanların köməyi ilə Vladimiri Çerniqovdan qovmuşdur. Kiyev knyazı Svyatopolk İzyaslaviç Vladimir Monomaxın köməyinə gəlsə də, kumanlar rus torpaqlarının cənub sərhədlərinə hücum etmişlər. 1096-1097-ci illərdə Mstislav Vladimiroviç novqorodluların, Vyaçeslav Vladimiroviç isə kumanların köməyi ilə Oleq Svyatoslavla Murom, Ryazan, Suzdal və Rostov uğrunda mübarizə aparmış və Kolokşedə ona ağır zərbələr vurmuşlar.

Mstislav Vladimiroviç bu döyüşdən sonra Oleqə sülh bağlamağı təklif etmişdir.

1097–ci ilin Lübeç qurultayında “hər kəs öz votçinasını qorusun” şüarı ilə dövlətin ayrı-ayrı müstəqil knyazlıqlara parçalanması rəsmiləşdirildi. Böyük Kiyev torpağında Rostov, Suzdal, Preyaslavl, Vladimir, Smolensk, Turov-Pinsk, Polotsk-Minsk, Tmutarakan knyazlıqları, Novqorod və Pskov feodal respublikaları yarandı.

  • Греков Б. Д., Киевская Русь, М., 1953;
  • Рыбаков Б. А., Первые века русской истории, М., 1964.
  • 1.Плетнева С.А. Половцы. М., 1990.