Lüdmila Tukan (rum. Ludmila Tukan 21 iyun 1982, Çadır-Lunqa, Qaqauziya) — Qaqauz müğənnisi, bəstəkar mahnılarının ifaçısıdır. 2013 Türkviziya Mahnı Müsabiqəsinin iştirakçısı.
Lüdmila Tukan | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | 21 iyun 1982 (42 yaş) |
Doğum yeri | |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | müğənni |
Fəaliyyət illəri | 1998-ci ildən |
Janrlar | xalq musiqisi, pop musiqisi |
Lüdmila Tukan 21 iyun 1982-ci ildə Moldova Respublikası, Qaqauziyanın Çadır-Lunqa şəhərində anadan olmuşdur. Uşaqlığını və gəncliyini Qaqauziyanın Bağırçı kəndində keçirmişdir. Müğənni kimi karyerasına 1998-ci ildə başlayır.
2008-ci ildə "Qagauziyanın gümüş səsi" yarışmasında Lüdmila ilk qran-prini qazanır. Üç ilə yaxın, o, popular pop üslubunda doğma qaqauz dilində, eləcə də rus və moldavan dillərində mahnılardan ibarət olan "Sana, mamu" ("Sənə, ana") adlı ilk albomunun qurulması üzərində işləmişdir. Müğənni ilk diskini sevimli anasına həsr edir.
2011-ci il müğənni üçün karyerasında bir dönüş nöqtəsi olur. Türkmənistanda keçirilən Aşqabad beynəlxalq musiqi festivalına dəvət alır. Elə həmin il Lüdmila Yaltada keçirilən "Şərq Bazarı" festivalında iştirak edir və "Umut incə" mahnısını ifa edir. Finala çıxaraq xüsusi mükafat alır. Müəllifn mahnısı üçün Türkiyədə klip çəkmək imkanı əldə edir. Video məşhur "Kɪsmet mi bu osa mɪ zeet" mahnısına çəkilir (qismət mi bu və ya ağrı). Növbəti mərhələ Odessada keçirilən GRAND PRIX musiqi yarışması olur və burada müğənni öz kateqoriyasında birinci yeri qazanır. Ailəsinin və radio dinləyicilərinin müsbət rəylərindən ilhamlanan Ludmila işini davam etdirməyə qərar verir. Üstəlik daha parlaq çalarlarda fəaliyyətə başlayır. 2012-ci ildə məşhur Moldov bəstəkarı Mirça Qutsu ilə birlikdə "İsti yay, əyləncəli günlər …" albomu üzərində işləyirlər. Qaqauz şairləri (Todur Zanet, Todur Marinoğlu) ilə bir araya gələn müğənni vətənpərvərlik mövzusunda mahnı ifa etməyə başlayır və ikinci albomdan bir il sonra "Bendä var bir Vatan" ("Məndə bir vətən var") kolleksiyası işıq üzü görür.
Lüdmila mahnılarına bir neçə klipin də çəkir. Müğənni xatirələrini təsvir etdiyi və atasına duyğulu sözlər söylədiyi "Boban elləri" klipi populyarlaşır.
Lüdmila Tukan 2013 Türkviziya Mahnı Müsabiqəsində iştirak edir.
Lüdmila Tukan ailəlidir, iki qızı var — Karina və Marqarita. Böyük qızı musiqi və vokal üzrə təhsil alır, ən kiçiyi rəssamlıq dərsləri alır. 2013-cü ildə Lüdmila və ailəsi Çadır-Lunqaya köçür. Müğənni karyerasını davam etdirir və yeni mahnılar yazır.