Lüdviqshafen parkı[1] — Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən mədəni istirahət parkı. Park Sumqayıt şəhəri ilə qardaşlaşmış Lüdviqshafen (Almaniya) şəhəri şərəfinə salınmışdır. Onu da qeyd etmək lazımdır ki, Lüdviqshafen şəhərində də Sumqayıt adlı park vardır. Lüdviqshafen parkı şəhər sakinləri arasında Alman parkı adlandırılır. Parkın əsas girişi Bababəyli küçəsinə baxır.
Lüdviqshafen parkı | |
---|---|
Məlumatlar | |
Yerləşməsi | Sumqayıt |
Yaradılıb | 1997 |
Xəritədə yeri | |
Park 1997-ci ildə Sumqayıt-Lüdviqshafen əlaqələrinin 20 illiyi münasibətilə salınmışdır. 2005-ci ildən etibarən Rusiyada yaşayan həmyerlimiz, iş adamı Qivami Əsgərovun şəxsi vəsaiti hesabına parkda yenidənqurma və abadlıq işləri aparılmışdır. Bununla belə bilinməyən səbəblərdən tikinti işləri tam başa çatdırılmamışdı. Bir müddət sonra isə parkın bir hissəsi baxımsızlıqdan yarasız vəziyyətə düşmüşdür. Parkın bir hissəsində isə kafe və kiçik ticarət obyektləri mövcud idi. 2016-cı ildə parkda yenidənqurma və bərpa işləri aparılmış döşəmə hissəsinə mərmər üzlüklər vurulmuş, skamyalar yenilənmiş, yeni işıq dirəkləri quraşdırılmışdır. Parkın girəcəyində onun adı yazılmış mərmərdən lövhə qoyulmuşdur. Tikinti zamanı bir çox obyektlər tamamən sökülmüşdür[2]. Bu isə obyekt sahiblərinin etirazına səbəb olmuşdur. Bununla belə təmirdən sonra park şəhər əhalisinin əsas istirahət mərkəzlərindən birinə çevrilmişdir.