Lütfi Zadə adına Texniki-humanitar lisey

Altı günlük iş rejimi ilə fəaliyyət göstərən liseydə tədris Azərbaycan və rus dillərində olmaqla iki növbəli şəkildə həyata keçirilir. Liseyə qəbul beşinci sinifədən test imtahan yolu ilə aparılır.

Lütfi Zadə adına Texniki-humanitar lisey
Direktor Kamalə Mirzoyeva
Şəhər Bakı

Hazırda liseydə 47 sinifdə 1147 nəfər şagird təhsil alır ki, onların təlim-tərbiyəsi ilə 88 nəfər müəllim məşğul olur. Pedaqoji kollektiv peşəkar, müasir təhsilin nəbzini tutan müəllimlərdən ibarətdir ki, onlardan dərslik, test kitabları və metodiki vəsait müəllifləri vardır. Metodbirləşmə rəhbərləri müəllimlərin gündəlik fəaliyyətlərinin izlənməsinə nəzarət edir, onların müxtəlif mövzuda metodiki yaradıcılıq fəaliyyətinə cəlb edilməsi istiqamətində müntəzəm işlər aparır.

Texniki-Humanitar lisey kollektivi peşəkar təcrübəyə əsaslanır. Tədris prosesi, maraqlı sosial fəaliyyəti birbaşa şagirdlərin düzgün gələcəklərinin təmin edilməsinə istiqamətlənmişdir.

Tarixi[redaktə | mənbəni redaktə et]

Texniki-Humanitar lisey 2000-ci ildən fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin sərəncamına əsasən lisey 2015-ci ildə əsaslı şəkildə təmir olunmuşdur.

Nəaliyyətləri[redaktə | mənbəni redaktə et]

2008/2009 və 2013/2014-cü tədris illərində Texniki-Humanitar lisey iki dəfə “Ən yaxşı ümumtəhsil məktəb” müsabiqəsində iştirak edərək qalib gəlmişdir və Azərbaycan Respublikasının Prezidenti tərəfindən mükafatlandırılmışdır. Bakı Şəhər Təhsil İdarəsi tərəfindən təşkil olunmuş “Açıq qapı” tədbiri Bakı şəhərində ilk dəfə məhz Nəsimi rayonunda təhsil keyfiyyətinə görə birinciliyi qazanan Texniki-Humanitar liseydə keçirilmişdir.