Ləman Fuad qızı İmanova (23 iyul 1979, Bakı şəhəri)— Azərbaycanlı teatr aktrisası.[1][2]
Ləman İmanova 23 iyul 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin teatr kollektivinin rejissoru fakültəsini bitirmişdir.[3]
2002–2004-ci illərdə Bakı Bələdiyyə Teatrında aktrisa kimi fəaliyyət göstəmişdir. Ləman İmanova 24 fevral 2005-ci ildən Akademik Milli Dram Teatrının artist heyətinə qəbul edilmişdir.[4]
- Elektra ("Elektra", Sofokl)
- İradə ("Daşa dönmüş ürəklər", X. Əlimirzəyev)
- Cadə ("Xəyanətin müsibəti", İ. Kərimov)
- Arzu ("Oğul", Aqşin Babayev)
- Mariya ("Ağlasığmaz qətl", Alber Kamü)
- Dinarə ("Başdanayağa oyun")
- Qəndab ("Ölüləri qəbiristanlıqda basdırın", İsmayıl Şıxlı)
- Liza ("Mesenat", Əli Əmirli)
- Sənəm ("İkinci səs", Bəxtiyar Vahabzadə)
- Madmuazel ("Dirilən adam", Mir Cəlal)
- Əsmər ("Füzuli və Əsmər", Mirmehdi Seyidzadə)
- Esmiralda ("Kvazimodo", Viktor Hüqo)
- Mələk ("Alın yazısı", T. Minulin)
- Qənirə ("İrəvanda xal qalmadı", Hidayət Orucov)
- Nata ("Nazirin xanımı", Branislav Nuşiç)[5]
- Natəvan ("Mənim günahım", İlyas Əfəndiyev)[6]
- Bettina ("Silindr", Eduardo de Filippo)
- Zeynəb ("Ölülər", Cəlil Məmmədquluzadə)
- Röya ("Vəsiyyət", Hüseynbala Mirələmov)[7]
- Zeynəb ("Cəhənnəm sakinləri", Elçin)[8]
- Oyya — Mükafat (film, 2004)
- Qonşu — Gürzə (film, 2005)
- Vəfa — Bacanaqlar (serial , 2009)
- Sənubər — Ünvansiz eşq (serial)
- Aytən — Bir Ailəm var (serial)
- Tutu — Tufanlı səma (serial)
- Həkim — Həyat sən ne qəribəsən (serial)
- Nəsibə — Ata ocağı (serial)
- Şərəf — Qızqaçırtma 2 (film 2018)
- Rəna — Könül yarası (serial)
- Nazile — Qan qohumlari (serial)[9]
- Arzu — Bir qadin (serial)
- Nise — Simurq (serial)
- Bibi — Arzular