Ləman Dadaşova

Ləman Dadaşova (5 oktyabr 1991, Bakı) — LEMAN səhnə adı ilə fəaliyyət göstərən azərbaycanlı müğənni.[1][2][3]

Ləman Dadaşova
azərb. Ləman Dadaşova
Ümumi məlumatlar
Doğum tarixi 5 oktyabr 1991(1991-10-05) (31 yaş)
Doğum yeri
Vətəndaşlığı
Musiqiçi məlumatları
Fəaliyyəti Müğənni
Fəaliyyət illəri 2014-cü ildən
Janrlar pop, caz, rok

Həyatı[redaktə | mənbəni redaktə et]

Ləman Dadaşova 5 oktyabr 1991-ci ildə Bakı şəhərində anadan olub. 1998–2009-cu illərdə Bakı şəhəri, 211 saylı orta məktəbdə təhsil almışdır. 2009–2013-cu illərdə Bakı Dövlət universitetinin tələbəsi olmuşdur. Tarix fakültəsinin Qafqazşünaslıq bölümündə təhsil almışdır.

Musiqi karyerası[redaktə | mənbəni redaktə et]

Ləman Dadaşova 2014–2019-cu illərdə Tofiq Quliyev adına 12 saylı musiqi məktəbinin vokal sinfində təhsil almışdır. 2018-ci ildə Youthvision-2018 beynəlxalq müsabiqəsində Azərbaycanı təmsil etmişdir. 2018 ilin mart ayında Yarat Müasir İncəsənət Mərkəzində Fusion adlı ilk solo-konserti ilə çıxış etmişdir.[4][5] 2019-cu ildə Bakıda keçirilmiş "EYOF-2019" Avropa Gənclər Yay Olimpiya Festivalının "Crystal Hall" Konsert zalında bağlanış mərasimində "Dust" və "Öpsən" mahnıları ilə çıxış etmişdir. 2019-cu və 2020-ci illərdə "Eurovision" mahnı müsabiqəsinin milli seçimlərində Azərbaycanı təmsil etmək üçün mümkün finalçılardan biri olur.[2][6]

Diskoqrafiya[redaktə | mənbəni redaktə et]

Sinqllar[redaktə | mənbəni redaktə et]

  • Tək deyiləm (2017)[7]
  • Öpsən (2019)
  • Toz (2019)
  • Dust (2019)
  • Köz (2020)[6]
  • Qayıdıram (2020)

Kliplər[redaktə | mənbəni redaktə et]

  • Tək deyiləm (2017)[8]
  • Toz (2019)
  • Dust (2019)
  • Köz (2020)[9]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1.  (az.)"Əksəriyyət oğlan olduğunu düşünürdü... Ləmanın inanılmaz dəyişimi". milli.az. 19 noyabr 2019. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.
  2. 1 2  (az.)""Eurovision" finalçılarımızı tanıyaq: Kimisi "Yeni ulduz"dan, kimisi isə..." big.az. 19 fevral 2019. İstifadə tarixi: 16 noyabr 2020.
  3.  (rus.)"Трансформация образа певицы Ляман Дадашевой: Из пацанки в девушку-вамп". 1news.az. 19 noyabr 2019. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.
  4.  (az.)"Freestyle: Ləman Dadaşova". yarat.az. 9 mart 2018. 2021-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.
  5.  (az.)"Azərbaycan incəsənətində tapıntı - Ləman Dadaşova". versus.az. 12 mart 2018. 2018-03-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.
  6. 1 2  (az.)"Ləman Dadaşova yenidən "Eurovision" Mahnı Müsabiqəsinin milli seçimində özünü sınayır". aqreqator.az. 23 iyun 2020. İstifadə tarixi: 16 noyabr 2020.
  7.  (rus.)"Азербайджанская певица: «Я не одна»". vesti.az. 27 dekabr 2017. İstifadə tarixi: 16 noyabr 2020.
  8.  (az.)"Tünzalə suyun altında klip çəkdirən tələbəsinə belə dəstək oldu". sputnik.az. 17 dekabr 2017. 2021-02-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.
  9.  (az.)"Nadir səs tembrinə sahib olan azərbaycanlı müğənni imicini kökündən dəyişib". publika.az. 21 sentyabr 2020. 2021-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 16 noyabr 2020.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]