Lənkəran Özəl Türk Liseyi

Lənkəran Özəl Türk LiseyiLənkəranda Azərbaycan-Türkiyə özəl liseyi.

Lənkəran özəl Türk liseyi Cəlilabaddan Astarayadək böyük bir əraziyə xidmət göstərir. İlk gündən şəhər rəhbərliyi tərəfindən etibar görən məktəb kollektivi Respublikanın bu cənub bölgəsində dünya standartlarında təlim-tərbiyə müəssisəsi olmaq üçün fədakarcasına xidmət göstərir. Qısa müddət ərzində bölgədə ailə və ictimaiyyətlə sıx əlaqə qurmaqla əhalinin rəğbətini qazanmağı bacaran məktəbimizin ziyarətci dəftərini vərəqlədikcə bu istiqanlı insanların məktəbimizə, onun pedaqoji kollektivinə bəslədiyi sevgi ilə, inamla rastlaşırsan. Sevginin, etibarın olduğu yerdə isə müvəffəqiyyətin olması təbiidir.

Məktəbin ilbəil gücləndirilən maddi-texniki bazası, ali məktəblərə qəbulda əldə edilən yüksək nəticələr, olimpiadalarda qazanılan qələbələr, rayon rəhbərliyinin məktəbə sahib çıxması, onun məktəbə daimi qayğı və diqqəti bizi daha çox işləməyə ruhlandırır. Təkcə bu faktı xatırladaq ki, 2006-ci ildən etibarən məktəbimizin 293 şagird məzunu olmuş, onlardan 283 nəfər ali məktəblərə qəbul olmuşdur. O cümlədən 82 nəfər xarici ölkə, 201 nəfər isə Azərbaycandakı universitetlərə qəbul olmuşdur.

2014-cü ilin iyun ayında, Azərbaycanda bütün digər türk məktəbləri kimi, Lənkəran Özəl Türk Liseyi bağlanıb.

Mənbə[redaktə | mənbəni redaktə et]