Lənkəran Əliyev

Əliyev Lənkəran Əbülfət oğlu (Azərbaycan Respublikası) — Azərbaycanlı general-mayor; Qarabağ müharibəsi iştirakçısı, Müdafiə Nazirliyi Hərbi təhsil idarəsinin bölmə rəisi, Təlim Tədris Mərkəzinin rəisi (?–2009); Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qərargah xidməti kafedrasının rəisi (2009–?).

Lənkəran Əliyev
Lənkəran Əliyev qardaşı oğlu Emin Əliyevin şəhid olması ilə əlaqədar müsahibə verərkən
Lənkəran Əliyev qardaşı oğlu Emin Əliyevin şəhid olması ilə əlaqədar müsahibə verərkən
Şəxsi məlumatlar
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbə General-mayor
Döyüşlər Qarabağ müharibəsi

Həyatı[redaktə | mənbəni redaktə et]

Lənkəran Əliyev 2009-cu ilə kimi Təlim Tədris Mərkəzinin rəisi olmuşdur. 2009-cu ilin noyabrında Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının qərargah xidməti kafedrasının rəisi təyin olunmuşdur.[1]

Qarabağ müharibəsində iştirakı[redaktə | mənbəni redaktə et]

Lənkəran Əliyev 1990-cı illərdə demək olar ki, ordunu çiyinlərində quran, ən şərəfli döyüş yolu keçmiş və konkret olaraq ordu quruculuğu sahəsində mübaliğəsiz olaraq tayı-bərabəri olmayan əsil Azərbaycan zabiti olmuşdur.

O, Gəncəbasar-Qarabağda Azərbaycanın Mustafa Kamal Paşası kimi tanınır. Lənkəran Əliyev briqada yaradıb qurduğu hərbi-hissə heyəti ilə əvvəldən sona qədər ön cəbhədə, döyüş xətdində dayanan yeganə döyüş komandirlərindəndir.

Ailəsi[redaktə | mənbəni redaktə et]

Lənkəran Əliyevin qardaşı oğlu Emin Əliyev 2011-ci ildə cəbhə xəttində şəhid olmuşdur.

İstinadlar[redaktə | mənbəni redaktə et]