Lənkəran dovşankələmi

Sedum lenkoranicum Grossh.

Lənkəran dovşankələmi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Lənkəran dovşankələmi
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. [2][3]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik, çılpaq, ot bitkisidir. Gövdələr 6-15 sm hündürlükdədir. Yarpaqlar növbəli, qısa silindirvari, küt 3-6 mm uzunluğunda, 1-1,5 mm enindədir. Çiçək qrupu çətirvari-qalxan, 2-3 aralanan budaqlıdır. Çiçəklər oturaqdır. Kasacıqlar uzunsov –lansetvari, 2-3 dəfə tacdan qısadır. Ləçəklər 5-6 mm uzunluğunda, ağ və ya çəhrayı, lansetvari, ortada al qırmızı damarlıdır. Erkəkciklər 10, ləçəklərdən qısadır, ağ saplaqlı və qara-qırmızı tozcuqludur. Meyvəciklər 5 mm uzunluğunda, ağımtıl, lansetvari, 1mm uzunluğunda olan nazik buruncuqludur.[4][2]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə -meyvə əmləgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında meşələrdə və qayalıqlarda rast gəlinir.

Yayılması[redaktə | mənbəni redaktə et]

Diabar və Lənkəranın dağlıq hissəsi.

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Yayılma sahəsinin məhdud olmas və əhali tərəfindən mal-qara ilə otarılması. 

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Mühafizəsi üçün xüsusi tədbirlər aparılmır, yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, həmçinin toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Illustrated Handbook of Succulent Plants: Crassulaceae. / red. U. Eggli 2003. S. 285. — ((untranslated))
  2. 1 2 Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  3. http://redbook.az/?options=project&id=L%C9%99nk%C9%99ran%20dov%C5%9Fank%C9%99l%C9%99mi[ölü keçid]
  4. Флора Азербайджана, 1953

Həmçinin bax[redaktə | mənbəni redaktə et]