Lənkəran mayakı

Lənkəran mayakı — Azərbaycanın Lənkəran şəhərinin şimal-şərqində yerləşən, fəaliyyətdə olan mayak. Mayak hündürlüyü 30,5 m olan bir tikilinin üzərində 2,9 metrlik fanarın quraşdırılması ilə meydana gəlmişdir. İlk əvvəllər mayak dəniz sahilində yerləşirdi. Hazırda isə Xəzər səviyyəsinin enməsi ilə dənizdən xeyli aralıda yerləşir[1].

Lənkəran mayakı
Lənkəran mayakı
Lənkəran mayakı
Ölkə
Su hövzəsi Xəzər dənizi
Yerləşir Lənkəran, Azərbaycan
Koordinatlar 38°45′34″ şm. e. 48°51′19″ ş. u.HGYO
Yandırılma ili 1747
Tikilmə tarixi 1869
Tikinti materialı daş
Forması İki kvadrat prizma
Əlamət Rənglənməmiş, aşağı mərtəbəsində şəhər üçün silah saxlanılır; fənəri qırmızı-ağ
Hündürlüyü 30,5 m (33,4 m — fanarla)
Diapazon əsas: 24 dəniz mili (45 km)
HRMC nömrəsi AZE-001
Xəritə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1747-1786-cı illərdə tikildiyi ehtimal olunur. Lənkəran qalasının dayaq məntəqələrindən biri olmuşdur. 1869-cu ildə hazır ki, mayakda fəaliyyət göstərək həsxana ləğv edilir. Binanın başına fanar qoymaqla mayak kimi istifadə edilməyə başlanılır. Mayak Rusiya İmperiyasının Xəzər dəniz donanmasına verilir.

1957-ci ildə mayak təmir edilir. 1969-cu ildə isə mayakın yüz illik yubleyi qeyd edilir. 2002-ci ildə mayak binasında cari təmir aparılmışdır.

Mayakdan onun oxşarı olan və onunla eyni vaxtda inşa edilən Dairəvi Qalaya vaxtilə yeraltı yol olmuşdur. Onun qalıqları bu günə kimi qalmaqdadır[2]. Binanın divarlarının qalınlığı aşağı hissədən 2 metrdən artıqdır.

1934-cü ildə mayakda meteoloji stansiya quraşdırılmışdır.

Mayak hazırda Xəzər Dəniz Gəmiçiliyinin tabeçiliyindədir.

  1. "Сергей Доля: субтропики Азербайджана". 2011-11-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-12-05.
  2. "Tarixi abidələr: Mayak, Dairəvi Qala (Zindan)" (az.). lankaran.az. 2011-11-25 tarixində arxivləşdirilib.