Lənkəran odotu - (lat. Phlomis lenkoranica Knorr.) Dalamazkimilər – (Lamiaceae Lindl.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu Populyasiya "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın endemik növüdür. [1]
Regional IUCN Statusu - NT
Çoxillik ot bitkisidir. Gövdələri 5-6,5 sm hündürlükdədir. Alt yarpaqlar saplaqlı, enli-yumurtavari, dişicikli, 11 sm uzunluqda, 3,5 sm enində, gövdə yarpaqları üst yarpaqlara oxşayır, üst tərəfdə yaşıl, alt tərəfdə ağımtıldır, ulduzabənzər tükcüklərlə örtülmüşdür. Üst yarpaqlar tamkənarlıdır. Dəstəciklər 2-3, 6-8 çiçəklidir; çiçəkaltlıqları 7-8 mm uzunluqdadır, bizvari, 3 və 8 mm uzunluqda olan dişciklidir. Tac çəhrayı, üst tərəfdən kəsilmiş dodaqlı, aşağı tərəfdə enli-yumurtavari, qısa-lansetvari yan-dilimlidir.
Çiçəkləmə- meyvə əmələgətirmə dövrü iyul ayına təsadüf edir. Orta dağ qurşağında rast gəlinir.[1][2]
Lənkəranın dağlıq hissəsidir (Lerik rayonu).[3]
Yeganə lokaliteti müşahidə olunur. Populyasiya azalma tendensiyasına meyillidir.
Antropogen təsirlər (otarılma və tapdalanma) və iqlimdir.
Populyasiyanın strukturunun öyrənilməsi və yayılma ərazilərində mühafizə tədbirlərinin həyata keçirilməsi vacibdir.