Lətifə Quluzadə

Lətifə Nəsir qızı QuluzadəA.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının baş rəssamı.

Lətifə Quluzadə
Lətifə Nəsir qızı Quluzadə
Doğum tarixi (78 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti rəssam

Lətifə Quluzadə 29 avqust 1946-cı ildə Bakıda doğulub. 189 saylı orta məktəbi bitirən ili Azərbaycan Dövlət Teatr İnstitutuna daxil olaraq orada dekorativ-tətbiqi sənət rəssamı ixtisasına yiyələnib (1964-1969).

Lətifə Nəsir qızı Quluzadə yaradıcılığının ən parlaq dövrünü Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına bağlayıb. İşlədiyi müddət (1976-1995) ərzində Telman Qarabağlının «Du-du, yol verin», Rada Moskovanın «Hara qaçırsan, dayça?», Yuri Oleşanın «Üç gombul», Reno Pilonun «Bizim evdə», Mirzə Cəlinin «Pırpız Sona», Bertolt Brextin «Kuraj ana», Aleksandr Ostrovskinin «Qar qız» tamaşalarının rəssamıdır. Rəssam Macarıstanda, Türkiyədə, İranda, Pakistanda, Litvada, Rusiyada, Özbəkistanda, Gürcüstanda keçirilmiş festival və sərgilərin iştirakçısıdır. 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının, 1978-ci ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür.

Lətifə Quluzadə Azərbaycan Akademik Milli Dram Teatrında Əli Əmirlinin «Ağqoyunlular və Qaraqoyunlular», Opera və Balet teatrında Fikrət Əmirovun «Sevil» (geyim üzrə), Rus Dram teatrında G.Koktonun «Muqəddə vəhşi», Gənc Tamaşaçılar teatrında «Quyu», Mağara», «Ğara», Kamera teatrında Qoqolun «Dəlinin qeydləri», Musiqili Komediya teatrında «Məlikməmməd», «Bazar günü gəzinti» və bir çox səhnə əsərlərinin quruluşçu rəssamıdır.

Lətifə Quluzadə Kukla teatrında ilk dəfə aktyorları tamaşaçılardan «gizlədən» pərdədən tamaşanın iştirakçı obrazı kimi istifadə edib.

O, 2000-ci ildən yenidən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrına qayıdaraq baş rəssam təyin olunub. O vaxtdan Mirmehdi Seyidzadənin «Cırtdan», Tofiq Ağayevin «Qoçaq Əhməd», Aleksandr Sergeyeviç Puşkinin «Qızıl xoruz», Əyyub Abbasovun «Şəngülüm, Şüngülüm», Eldar Baxışın «Məlikməmməd», Nicat Kazımovun «Ələddin», Şarl Perronun «Qırmızı papaq», Hans Xristian Andersenin «Düyməcik» tamaşalarına tərtibat vermişdir.

Lətifə Nəsir qızı Quluzadə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləməklə yanaşı müxtəlif janrlarda rəsm əsərləri də işləyir.

2008-ci ildə Gənc Tamaşaçılar teatrında tərtibat verdiyi "Pəri Cadu" tamaşasına görə "Zirvə" mükafatına layiq görülmüşdür.