Lətif İbrahimov

Lətif Qasım oğlu İbrahimov 1914-cü ildə Borçalı nümayəndəliyinin Sarvan kəndində podratçı (kupets) Qasımın ailəsində dünyaya göz açmışdır.

Lətif İbrahimov
Doğum tarixi
Doğum yeri Borçalı

Atası podratçı Qasım mahalın imkanlı adamlarından olub, Zaqafqaziyada ilk dəmir yollarını çəkdirmişdir. Anası Fatma xanım Axund Hyceyn ağanın qızı idi. Regionda böyük hörmətə malik idi. Lətif elə uşaq yaşlarından yol mühəndisi işləri ilə çox maraqlanardı. O, orta təhsil aldıqdan sonra sənədlərini o dövrdə Tiflisdə yeganə dəmir yol mutəxəssisi hazırlayan Tiflisdəki Zaqafqaziya Dəmir Yollar İnstitutuna (indiki Tbilisi Politexnik İnstitutu) verir və qəbul olunur. 1934-cü ildə dəmiryol inşaat fakültəsinin dəmiryol mühəndisi ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. Lətif yeganə azərbaycanlı oğlu idi ki, orada rus dilində oxuyub və butun beş il muddətində şəkli institutun şərəf lövhəsində ən başda vurulmuşdur.

Gənc dəmiryol mutəxəssisi, əla muhəndis tez bir zamanda Borçalı bölgələrində və Gurcustanın bir sıra bölgələrində dəmiryol, körpü-tunel və kaskadalar və s. işlərin görülməsində öz layihələrilə yaxından iştirak etmiş və bəzi yolların salınması isə bilavasitə onun adı ilə bağlı olmuşdur. Onun bu işləri və əməlləri mərkəzin, rəhbərliyin gözündən yayınmamışdır. 1936-cı ildə Lətif Qasım oğlu İbrahimov SSRİ Ali Sovetinin fəxri fərmanına layiq görülmüşdür. Fəxri fərmanı şəxsən Kalinin təqdim etmişdir.

Lətif Qasım oğlu İbrahimov çox layihələr, çox planlar hazırlamışdı, lakin qəfil ölüm onları həyata keçirməyə aman vermədi. Onun qəbiri Sarvan qəbiristanlığındadır.