Ləyaqət hücrəsi — rejissor Tariyel Vəliyevin Xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılıq taleyindən bəhs edən sənədli televiziya filmi.[1]
Ləyaqət hücrəsi | |
---|---|
Janr | bioqrafik |
Rejissor | Tariyel Vəliyev |
Ssenari müəllifi | İlham Rəhimli |
Baş rolda | Mətanət Atakişiyeva |
Operator | Mətləb Yaqubov |
Rəssam | Rafael Əsədov |
İstehsalçı | Azərbaycan Televiziyası |
İlk baxış tarixi | 14 noyabr 2011 |
Filmin növü | tammetrajlı sənədli televiziya filmi |
Müddət | 51 dəq. |
Ölkə | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2011 |
Rəng | rəngli (ağ-qara kadrlarla) |
Filmdə böyük Azərbaycan yazıçısı və dramaturqu İlyas Əfəndiyevin həyat və yaradıcılığından söhbət açılır.[2]
Film ""Kənddən məktublar"ın ədəbiyyat körpüsü", "Teatrla İlyas Əfəndiyevin nağılı", "Siz həmişə bizimləsiniz", "Unuda bilmərik…", "Məhv olmayan gündəliklər", "Geriyə müdrik baxışlar", "Dünya dünya içində", "Babalıq kürsüsü" adlanan hissələrdən ibarətdir.
Filmdə Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin arxiv materiallarından istifadə olunmuşdur.