Ləzgistan

Johann Gustav Gaerber tərəfindən Qafqaz xəristəsindən Ləzgistan (1728)

Ləzgistan — Lezgistan və ya Lekiya (ləzg. Leӄi) aşağıdakılara istinad edə bilər:

  • Ləzgilərin yaşadığı Qafqazın bir parçası. Şərq yazarları eyni ərazini Dağıstan adlandırıblar.[1].
  • Sadval separatçı təşkilatının irredentist konsepsiyası, Rusiya Dağıstan Respublikası[2]Azərbaycanın Ləzgilərlə həmsərhəd əraziləri üzərində vahid bir etnopolitik qurum yaratmağa yönəlmişdir.

Tarixi anlayışı

[redaktə | mənbəni redaktə et]

Herodot, Strabon və Yaşlı Pliniy də daxil olmaqla qədim yunan tarixçiləri Qafqaz Albaniyasında yaşayan Legoy xalqına istinad edərkən, 9–10-cu əsrlərin ərəb tarixçiləri müasir Dağıstan ərazisindəki Lakz krallığını qeyd edirlər[3] Əl Məsudi bu bölgənin sakinlərini Lakzamlar[4] adlandırmışdır.[5]

Rusiyada inqilabdan əvvəl "Ləzgin" termini müasir Rusiya Dağıstan Respublikasının ərazisində yaşayan bütün etnik qruplara şamil edilirdi[6].

Siyasi konsepsiyası

[redaktə | mənbəni redaktə et]
Rusiya ilə Azərbaycan sərhədində ləzgilərin yaşadığı ərazilər

Ləzgi milli hərəkatı Sadval (Birlik) 1990-cı ilin iyulunda Rusiyada (o vaxt Sovet İttifaqı) Dağıstanın Dərbənd şəhərində yaradıldı.[7] Ləzgilərin (Azərbaycan və Dağıstanda) birləşməsini tələb etdilər, çünki sovet hakimiyyəti dövründə onlara "mədəniyyətlərini inkişaf etdirmək imkanı verilmədi". Sadval Azərbaycanda dəstək tapmadı, üstəlik, 19 mart 1994-cü ildə Bakı metrosunda 27 adamın öldüyü partlayışın Sadval tərəfindən edildiyi irəli sürüldü.[8]. Sadvalın yaradılmasında, silahlılarını maliyyələşdirməkdə, təlim verməkdə və silahlandırmaqda Ermənistan xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair sübutlar var idi.[9]

  1. "Лезгистан". Энциклопедический Словарь Ф.А.Брокгауза и И.А.Ефрона. Библиотека «Вѣхи». 1890–1907. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 21, 2011.
  2. Markedonov, Sergey. Radical Islam in the North Caucasus. Center for Strategic and International Studies. 2010. səh. 2. ISBN 0892066148. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  3. Haspelmath, Martin. A grammar of Lezgian. Walter de Gruyter. 1993. səh. 17. ISBN 3110137356. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  4. Yakut, IV, 364. According to al-Masoudi (Murudzh, II, 5)
  5. VFMinorsky. History of Shirvan. M. 1963
  6. Olson, James Stuart; Pappas, Nicholas Charles. An Ethnohistorical dictionary of the Russian and Soviet empires. Greenwood Publishing Group. 1994. səh. 438. ISBN 0313274975. 2022-03-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.
  7. Minorities at Risk Project, Chronology for Lezgins in Russia, 2004 Arxivləşdirilib 2012-10-19 at the Wayback Machine (accessed 21 September 2011)
  8. "Acts of terrorism in Metro in other countries". Pravda. 2010-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2010-03-29.
  9. Coene, Frederik. The Caucasus: an introduction. Taylor & Francis. 2009. səh. 161. ISBN 0415486602. 2021-10-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-06.