LCD-printer

LCD printer – maye-kristal elementlər əsasında olan printer. Lazerli printer (LASER PRINTER) kimi, bu printer də elektrofotoqrafiya texnologiyasına əsaslanır. LCD-printerdə boyaq maddəsini (toneri) kağızda qeyd etmək üçün elektrostatik yüklənmiş barabandan istifadə olunur. LCD-printerlərlə lazerli printerlər arasında önəmli fərq işıq mənbəyindən ibarətdir. LCD-printerlərdə daha parlaq işıq mənbəyindən, adətən, halogen lampadan istifadə edilir ki, maye-kristal sürgülər matrisindən keçən işıq barabana düşür və, beləliklə, çap ediləsi görüntünü formalaşdırır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Printer

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

Kompüterin tərkib hissələri

HP

Epson